İlk rübdə 10 min uşağa reabilitasiya xidmətləri göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzləri tərəfindən bu ilin yanvar-mart aylarında 10 min uşağa reabilitasiya xidmətləri göstərilib.
Bu barədə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, onlardan əlilliyi olan 527 uşaq stasionar, 5700 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub: "Bu kateqoriyaya aid uşaqlar Nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər".