Ölkəyə yarım ton narkotik gətirilir - deputat mənbənin araşdırılmasını istəyir/Video
Ölkəyə gətirilən narkotik maddələrinin mənbəyini tapmaq lazımdır. Bunu deputat Siyavuş Novruzov deyib.
Deputat parlamentdə çıxışı zamanı mediada narkotiklərlə bağlı yayılan məlumatlara toxunaraq, bu maddələrin mənşəyinin və şəbəkələrinin tam şəkildə müəyyən edilmədiyini deyib.
“Nə qədər İrandan narkotik gətirmək olar? Adını qoyur İran vətəndaşı məlum deyil 10 kq, 20 kq yarım ton narkotik maddələr tutulur. Mənbə yoxdur. Əsas mənbə tapılmalıdır", - o bildirib.
Novruzov hüquq-mühafizə orqanlarının bu istiqamətdə ciddi iş apardığını qeyd etsə də, narkotiklərin qanunsuz dövriyyəsinin mənbələrinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Gülnar Nazimqızı