• $
  • £

Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb

Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
11.04.2026 10:08

Bakıda yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb.Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 3166 ünvanında fəaliyyət göstərən avtomobil təmiri sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb, obyekt odsöndürən balonlarla tam təmin edilməyib, elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, obyektin yeməkxanasında sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur, yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb, obyektin daxilində yanan əşyalar pərakəndə şəkildə saxlanılır, yanğın zamanı yanğınsöndürmə avtomobillərinin əraziyə yaxınlaşaraq sərbəst yan alması üçün əlverişli şərait yaradılmayıb, elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, obyektin ərazisi yanar tullantılardan təmizlənməyib, obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 3166 ünvanında yerləşən avtomobil təmiri sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Cəmiyyət 13:25
Sabahın hava proqnozu
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Cəmiyyət 12:56
Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Masazırda iki qadın qətlə yetirilib
Cəmiyyət 12:31
Masazırda iki qadın qətlə yetirilib
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Cəmiyyət 12:10
Tərtərdə 7 yaşlı uşaq kanalda boğulub
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Cəmiyyət 11:40
Paytaxtin qəsəbələrində iməcilik keçirilib
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 10:32
Naxçıvan şəhərinin bəzi ərazilərində işıq olmayacaq
Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Cəmiyyət 10:08
Yanğın təhlükəli avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb
Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Cəmiyyət 09:45
Saatlıda narkotik və spirtli içki təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Lənkəranda iki maşın toqquşub, yaralılar var
Cəmiyyət 09:05
Lənkəranda iki maşın toqquşub, yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol