• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

İran və ABŞ arasında danışıqlar davam edir - Yenilənib

İran və ABŞ arasında danışıqlar davam edir - Yenilənib
11.04.2026 20:14

İran dövlət televiziyası IRIB-in məlumatına görə, tərəflər fasilədən sonra danışıqları bərpa ediblər.

Nəşr bildirib ki, nümayəndə heyətləri arasında danışıqlar qısa fasilədən sonra yenidən başlayıb, fasilə zamanı isə ekspertlər və müvafiq qurumların nümayəndələri səviyyəsində müzakirələr aparılıb.

***

CNN-in məlumatına görə, ABŞ və İran rəsmiləri arasında İslamabadda keçirilən danışıqlar bu dəfə qismən birbaşa formatda aparılır.

İran mənbələri CNN-ə bildiriblər ki, sülh danışıqları tərəflər arasında üzbəüz görüşlər şəklində həyata keçirilir.

Bundan əvvəl müzakirələrin vasitəçilər üzərindən aparılıb-aparılmayacağı ilə bağlı qeyri-müəyyənlik mövcud idi.

ABŞ rəsmisi və regional mənbə daha əvvəl bildirmişdi ki, yüksək riskli danışıqlar həm birbaşa, həm də dolayı formatda keçirilə bilər.

Məlumata görə, əvvəlki mərhələlər əsasən Omanın vasitəçiliyi ilə dolayı danışıqlar şəklində aparılıb, lakin ötən yaz nüvə müzakirələri zamanı məhdud birbaşa təmaslar da baş tutub.

***

ABŞ və İran rəsmiləri 28 fevralda ABŞ-İsrail hücumları ilə başlayan müharibədən sonra əldə olunmuş müvəqqəti atəşkəs fonunda Pakistanda daimi razılaşma üçün danışıqlara başlayıblar. 

Pakistanlı mənbələrin bildirdiyinə görə, tərəflər arasında danışıqlar ölkənin vasitəçiliyi ilə başlayıb və hazırda davam edir.

Mənbələr qeyd ediblər ki, ABŞ və İran nümayəndə heyətləri birbaşa görüşdən əvvəl İslamabadda yerləşən oteldə Pakistan rəsmiləri ilə ayrı-ayrılıqda müzakirələr aparıblar.

“İki nümayəndə heyətinin nə vaxt üz-üzə görüşəcəyini hazırda deyə bilmərəm. Onlar hazırda Pakistan rəsmiləri ilə görüşürlər”, – mənbələrdən biri bildirib.

Danışıqlarda İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqer Qalibaf rəhbərlik edir. ABŞ tərəfinə isə vitse-prezident Ceyms Devid Vens başçılıq edir. 

Məlumata görə, İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, eləcə də digər yüksək vəzifəli rəsmilər daxildir, ABŞ nümayəndə heyətində isə prezident Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner təmsil olunur. 

Danışıqlarda vasitəçi qismində Pakistanın Baş naziri Şahbaz Şərif, xarici işlər naziri İshaq Dar və ordu komandanı Asim Munir iştirak edir.

Danışıqlardan əvvəl həm İran, həm də ABŞ nümayəndə heyətləri Pakistanın Baş naziri ilə ayrıca görüşlər keçiriblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Nyu-York metrosunda sərnişinlərə hücum edilib
Dünya 22:41
Nyu-York metrosunda sərnişinlərə hücum edilib
İran və ABŞ arasında danışıqlar davam edir - Yenilənib
Dünya 20:14
İran və ABŞ arasında danışıqlar davam edir - Yenilənib
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
Dünya 19:10
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
Nizar Amidi İraqın yeni prezidenti olub
Dünya 18:58
Nizar Amidi İraqın yeni prezidenti olub
Pakistan və İran nümayəndə heyətləri İslamabadda danışıqlar aparır
Dünya 15:11
Pakistan və İran nümayəndə heyətləri İslamabadda danışıqlar aparır
Türkiyə parlamentinin sabiq sədri vəfat edib
Dünya 14:29
Türkiyə parlamentinin sabiq sədri vəfat edib
Vens İslamabadda Şahbaz Şəriflə danışıqlar aparır
Dünya 14:18
Vens İslamabadda Şahbaz Şəriflə danışıqlar aparır
ABŞ İranın dondurulmuş aktivlərinin azad edilməsinə razılaşıb
Dünya 14:15
ABŞ İranın dondurulmuş aktivlərinin azad edilməsinə razılaşıb
İran nümayəndə heyəti İslamabadda Şahbaz Şəriflə danışıqlar aparıb
Dünya 13:35
İran nümayəndə heyəti İslamabadda Şahbaz Şəriflə danışıqlar aparıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol