İrlandiyada balta ilə ABŞ-nin hərbi təyyarəsinə hücum edilib
Bu gün səhər İrlandiyanın Şennon Hava Limanında bir kişi Amerika hərbi təyyarəsinin qanadına çıxaraq gövdə və qanadı balta ilə zədələməyə başlayıb.Bu barədə "TheJournal" saytı məlumat yayıb.
Hadisə yerinə hava limanının polis əməkdaşları və yanğın-xilasetmə xidməti, eləcə də polis və İrlandiya Müdafiə Qüvvələrinin hərbi qulluqçuları cəlb olunub.
Qeyd edilib ki, şübhəli şəxs saxlanılıb. Mənbələrdən birinin sözlərinə görə, hava gəmisi ciddi zədələr alıb.
Təhlükəsizlik tədbirlərinin pozulmasından sonra hava limanı təxminən 30 dəqiqə bağlı qalıb.