• $
  • £

Azərbaycan-Rusiya ticarət dövriyyəsi 2025-ci ildə $4,9 mlrd-ı ötüb

Azərbaycan-Rusiya ticarət dövriyyəsi 2025-ci ildə $4,9 mlrd-ı ötüb
16.04.2026 16:03

2025-ci ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi  $4,9 milyardа kimi artıb . Bunu  baş nazirin müavini Şahin Mustafayev Rusiya-Azərbaycan iqtisadi komissiyasının iclasında  bildirib.

Onun sözlərinə görə, 2026-cı ilin ilk üç ayında qarşılıqlı ticarət təxminən $750 milyon təşkil edib.

Mustafayev qeyd edib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və xarici ticarət dövriyyəsində mühüm yer tutur.

2025-ci ildə Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsulları ixracı $837 milyonu ötüb, meyvə-tərəvəz ixracı isə təxminən 31% artaraq $696 milyona çatıb. Rusiyadan kənd təsərrüfatı məhsulları idxalı $832 milyondan çox olub.

“Rusiyanın Azərbaycan iqtisadiyyatına yatırdığı ümumi investisiyalar $10,7 milyard təşkil edib, bunun $2,9 milyardı qeyri-neft sektorunun payına düşür. Azərbaycanın Rusiyaya yatırdığı investisiyalar isə $1,2 milyard səviyyəsindədir”, — Mustafayev deyib.

2026-cı il aprelin 1-nə Azərbaycanda Rusiya kapitallı 2 100-dən çox şirkət qeydiyyatdan keçib, onların 1 400-dən çoxu fəaliyyət göstərir.

O əlavə edib ki, Azərbaycan ərazisi vasitəsilə Rusiyadan Ermənistana tranzitlə təxminən 26 min ton yük daşınıb və bunun əsas hissəsini buğda və gübrələr təşkil edir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycanda yeni kalsinasiya və anodbişirmə zavodu tikiləcək
İqtisadiyyat 10:43
Azərbaycanda yeni kalsinasiya və anodbişirmə zavodu tikiləcək
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol