• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Soydaşımız Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçildi

Soydaşımız Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçildi
08.12.2013 03:46

İdman  Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) vitse-prezidenti seçilib. Bununla da  Azərbaycanın nümayəndəsi ilk dəfə Avropa gimnastikasına rəhbərlik edəcək heyətin tərkibinə daxil olub. 

Gələn ildən başlayaraq sonrakı 4 il ərzində Fərid Qayıbov təkrar seçilmiş iki digər - isveçli və isveçrəli vitse-prezidentlərlə yanaşı idarə heyətinin müxtəlif iclaslarında, Avropa çempionatlarında iştirak edəcək.

Fərid Qayıbov gimnastikanın inkişafı sahəsində 10 illik fəal təcrübəyə malikdir. Onun həmçinin bədii gimnastika üzrə irimiqyaslı beynəlxalq yarışların, habelə gimnastikanın müxtəlif növləri üzrə milli çempionatların idarə olunmasında və əlaqələndirilməsində böyük təcrübəsi var. Apardığı iş iki dəfə onun Beynəlxalq Gimnastika Federasiyası Şurasının üzvü seçilməsinə səbəb olub.

AzərTAc

 
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç azərbaycanlı güləş məşqçisinin deportasiyasına qərar verib
İdman 08:20
İsveç azərbaycanlı güləş məşqçisinin deportasiyasına qərar verib
"Qarabağ"ın rəqibi hücumçu transfer edib
İdman 23:00
"Qarabağ"ın rəqibi hücumçu transfer edib
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
İdman 23:33
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol