• $
  • £

Qazaxıstanla ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yeni tərkibi təsdiqlənib

Qazaxıstanla ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yeni tərkibi təsdiqlənib
24.04.2026 12:31

Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan üzrə yeni tərkibində dəyişiklik edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Belə ki, "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2007-ci il 30 mart tarixli Sərəncamının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:

- "Azərbaycan Respublikasının energetika naziri" sözləri "Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini" sözləri ilə əvəz olunub;

- "Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini" abzasından sonra "Azərbaycan Respublikası energetika nazirinin müavini" əlavə olunub;

- "Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini" abzasından sonra "Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini" əlavə edilib;

- "Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri" abzasının sonra "Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri" əlavə olunur;

Azərbaycan Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə Qazaxıstan Respublikası tərəfinə bildiriş göndərməlidir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
İqtisadiyyat 15:37
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
İqtisadiyyat 15:33
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
PAŞA Bank və Turkish Airlines Miles&Smiles tərəfdaşlığını üç il uzadıb
İqtisadiyyat 15:22
PAŞA Bank və Turkish Airlines Miles&Smiles tərəfdaşlığını üç il uzadıb
ADY Çindən yeni yük və sərnişin lokomotivləri alır
İqtisadiyyat 14:09
ADY Çindən yeni yük və sərnişin lokomotivləri alır

Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
İqtisadiyyat 12:10
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 408 ton gübrə göndərilib
İqtisadiyyat 11:23
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 408 ton gübrə göndərilib
"Brent" neft ucuzlaşıb
İqtisadiyyat 09:44
"Brent" neft ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:42
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol