• $
  • £

Nelson Mandela: Yarımçıq azadlıq ola bilmәz

Nelson Mandela: Yarımçıq azadlıq ola bilmәz
29.05.2020 01:12

Bu gün bütün dünya məşhur Cənubi Afrikalı siyasətçi, demokrat, dissident, misilsiz şəxsiyyət Nelson Mandelanı (1918-2013) anır. Nelson Mandela öz ölkəsində despot rejimə qarşı yorulmaq bilmədən mübarizə aparmış və buna görə ömrünün 27 ilini həbsxanada keçirmişdi. Həbsxanadan çıxdıqdan sonra isə ölkəsinin prezidenti seçilmişdi. O, bu haqda belə demişdi: "Mәnim ölkәmdә siz birinci hәbsxanaya göndәrilirsiz, sonra isә prezident olursuz".

ANN.Az-ın oxucularına böyük demokratın seçmə fikirlərini təqdim edirik...

- Bir dәfә mәnim haqqımda belә demişdilәr: “Doğulanda ona Rolihlahla – “Titrәyәn ağac” adı qoymuşdular, sonra isә o, Nelson Mandela oldu vә bütün dünyanı titrәtdi”. 

 

- İnsanların mәni yarımallah hesab etmәsi xoşuma gәlmir. İstәyirәm mәni Mandela kimi tanısınlar, zәif cәhәtlәri olan adi bir insan kimi.

 

- Mәnim ölkәmdә siz birinci hәbsxanaya göndәrilirsiz, sonra isә prezident olursuz.

 

- Mәn tam olaraq dәrk etmişәm ki, cәsarәt qorxunun yoxluğudur. Cәsarәtli insan qorxu hissi olmayan insan deyil, onunla mübarizә aparan insandır. 

 

- Çox işlәr yarımçıq görsәnә bilәr, ta ki, onları tamamlayana qәdәr.

 

- Afrika musiqisinin heyratamiz gözәlliyi, sәnә qәmli hekayә haqqında danışsa da, optimist sәslәnmәsindәn ibarәtdir. İnsan kasıb ola bilәr, qutudan hazırlanmış evdә yaşaya bilәr, işini itirә bilәr, lakin musiqi hәmişә insanda ümid yeri saxlayır.

 

- Cәmiyyәti dәyişmәk çәtin deyil – çәtini özünü dәyişmәkdir.

- Mən ağların hegemonluğuna qarşı mübarizə aparmışam. Bu mənim uğrunda yaşamaq istədiyim idealdır. Lakin, milord, əgər lazım gələrsə, bu, uğrunda ölməyə hazır olduğum idealdır

 

- Hәbsxanada keçirdiyim 27 ilә borcluyam, çünki o, mәnә fikrimi bir yerә cәmlәmәyә yardım etdi. Azadlığa çıxandan sonra isә bu imkanı itirdim.

- Yarımçıq azadlıq ola bilmәz.

 

- Hәbsxanada zibillikdә eşәlәnmәyi sevirdim. Aradabir orda qәzet parçalarına rast gәlmәk olurdu. Hәbsxanada bizә qәzet oxumaq qadağan idi, ona görә dә, bu qәzet parçalarını yığıb, öz kameramda oxuyurdum.

 

- Heç kәs başqa birinin dәrisinin rәnginә, mәnşәyinә vә dininә qarşı nifrәtlә doğulmur. İnsanlar nifrәt etmәyi öyrәnirlәr. Әgәr onlar nifrәt etmәyi öyrәnirlәrsә, o zaman onlara sevmәyi dә öyrәtmәk lazımdır, çünki sevgi insanın qәlbinә daha yaxındır.

 

- Bir insanla onun sәni anladığı dildә danışırsansa, sәn onun beyniylә danışmış olursan. Amma bir insanla onun doğma dilindә danışırsansa, demәk, sәn onun qәlbiylә danışırsan.

 

- Heç vaxt yıxılmamaq böyük nәaliyyәt deyil. Vacib olan hәr dәfә yıxılandan sonra ayağa qalxmağı bacarmaqdır.

 

- Mən bağışlaya bilirəm, amma heç vaxt unutmuram.

 

- Daimi tibbi müayinәni sevirәm. Adәtәn hәkimlәr mәnә belә deyirlәr: “Mister Mandela, bu hәftә siz ölmәyәcәksiz!”

 

- Dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyimiz ən güclü silah təhsildir.

"Fikir Sexi" kitabından

Tərcümə: Cavid Ramazanlı

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Dünya 23:10
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
Dünya 21:56
İsrail “Hizbullah”ın raket bölməsinin komandirlərini zərərsizləşdirib
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub
Dünya 16:13
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub

Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
Dünya 15:17
Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol