• $
  • £

Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib

Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib
06.05.2026 10:07

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizinin bütün parametrlərini dəyişməz saxlayıb.

Qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində olması, qlobal geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal maliyyə konyunkturu və daxili makroiqtisadi mühit, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınıb.

AMB bildirib ki, illik inflyasiya hədəf daxilində qalır. 2026-cı ilin martında 12 aylıq inflyasiya 5,6% təşkil edib.

İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,5%, ödənişli xidmətlər üzrə 5,7%, qeyri-qida məhsulları üzrə isə 3,7% olub. İllik baza inflyasiya 5,5% təşkil edib.

Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi üstələyib. İlkin məlumatlara görə, 2026-cı ilin 4 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 190 milyon ABŞ dolları üstələyib.

Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2,1 faiz bəndi azalaraq 2026-cı ilin martında 28%-ə enib.

AMB bildirib ki, aprel ayında keçirilən valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması nəticəsində valyuta bazarında təklif artıqlığı yaranıb və Mərkəzi Bank alışyönlü müdaxilə həyata keçirib.

Cari ilin 4 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 10,2% artaraq 12,7 milyard ABŞ dollarına çatıb.

Gömrük statistikasına əsasən, 2026-cı ilin birinci rübündə Azərbaycanın xarici ticarətində 1,4 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 93,3% çoxdur.

Mərkəzi Bank 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozunu yaxşılaşma istiqamətində yeniləyib. Bu, əsas ixrac məhsulları üzrə qiymətlərin artması və qeyri-neft ixracının genişlənməsi ilə izah olunur.

Təminatsız pul bazarında qısamüddətli faizlər Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində, uçot dərəcəsinə yaxın səviyyədə formalaşır. AZIR dərəcəsi üzrə orta günlük göstərici martda 6,47%, apreldə isə 6,44% olub.

AMB-nin baza ssenarisinə əsasən, illik inflyasiyanın 2026-cı ildə 5,9%, 2027-ci ildə isə 4,5% olacağı gözlənilir.

Mərkəzi Bank bildirib ki, inflyasiya proqnozunun artım istiqamətində dəyişdirilməsi əsasən xarici mənşəli xərc amillərinin fəallaşması ilə bağlıdır. Bu amillərə qlobal ərzaq qiymətlərinin artması, ticarət tərəfdaşlarında inflyasiya təzyiqlərinin güclənməsi və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin zəifləməsi daxildir.

AMB qeyd edib ki, Yaxın Şərqdə baş verən münaqişə təchizat zəncirlərində maneələr yaradır, nəqliyyat və sığorta xərclərini artırır, həmçinin qlobal enerji bazarlarında qiymət dəyişkənliyini gücləndirir.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar 24 iyun 2026-cı ildə ictimaiyyətə açıqlanacaq.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
İqtisadiyyat 13:51
Bakı və Berlin Orta Dəhlizə investisiyaları müzakirə edəcək
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
İqtisadiyyat 11:23
2%-dək endirimlə kreditlərini bir ünvanda cəmlə!
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
İqtisadiyyat 10:06
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
Dollar steady, euro and rouble retreat
İqtisadiyyat 10:01
Dollar steady, euro and rouble retreat
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:20
Avro və rubl ucuzlaşıb - məzənnə

“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
İqtisadiyyat 17:01
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
İqtisadiyyat 16:50
Sahibkarlar üçün: 300 000 AZN-dək girovsuz və onlayn kredit imkanı!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam
İqtisadiyyat 16:12
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib - sərəncam

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
İqtisadiyyat 11:05
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol