• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

“Sülhə əsas təhlükə Ermənistan qoşunlarının mövcudluğudur”

“Sülhə əsas təhlükə Ermənistan qoşunlarının mövcudluğudur”
05.12.2013 16:01

“Həmsədr ölkələrin prezidentlərinin bəyanatlarında təsbit olunmuş baza prinsipləri hərtərəfli kompleks sülh razılaşması üzrə danışıqlara başlamaq üçün təməl təşkil edə bilər”.

APA-nın Kiyevə ezam olunmuş müxbirinin xəbərinə görə, bu sözləri ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclasında çıxışında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündə tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün məsləhətləşmələri intensivləşdirmək qərarına gəliblər. Nazir qeyd edib ki, Azərbaycan münaqişənin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında həllinə tərəfdardır: “Bölgədə sülhə əsas təhlükə Azərbaycan ərazisində Ermənistan qoşunlarının olmasıdır. Münaqişə zonasının demilitarizasiyası qarşılıqlı etimadın yaranmasına, aqressiv bəyanatların və gərginliyin azalmasına imkan verər”. E. Məmmədyarov Ermənistanı danışıqlarda irəliləyişə nail olmaq üçün konstruktiv mövqe tutmağa çağırıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Sərdar Ayazı qəbul edib
Siyasət 11:22
Prezident Sərdar Ayazı qəbul edib
Rusiya nümayəndələrinin Azərbaycana səfəri gözlənilir
Siyasət 07:24
Rusiya nümayəndələrinin Azərbaycana səfəri gözlənilir
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Siyasət 20:50
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Siyasət 18:10
Pakistan Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Siyasət 15:18
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Siyasət 11:07
Ermənistanla saziş layihəsinin müzakirələri tamamlanıb - Elçin Əmirbəyov
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Siyasət 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Siyasət 14:29
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Prezident venesuelalı həmkarını təbrik edib
Siyasət 11:25
Prezident venesuelalı həmkarını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol