• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

ARDNŞ prezidenti: "Qiymət qalxmasını normal qarşılayıram"

ARDNŞ prezidenti: "Qiymət qalxmasını normal qarşılayıram"
04.12.2013 23:10
“7 ildən sonra benzinin qiymətinin artırılmasını normal qarşılayıram”. APA-nın Türkiyə müxbiri xəbər verir ki, bunu İstanbulda jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib. R. Abdullayev yanacağın qiymətinin 7 ildən bəri artırılmadığını xatırladıb: “Bilirsiniz ki, dövlət büdcəsi və sosial proqramların maliyyələşdirilməsi gündən-günə artır. Büdcəyə yeni maliyyə vəsaitinin gəlməsi sosial proqramların həyata keçirilməsi imkanlarını daha da gücləndirir. Bu normaldır. Bu artımın ölkənin ən böyük şirkətinin maya dəyərinə heç bir dəxli yoxdur, biz yenə də sosial proqramlarımızı həyata keçirəcəyik. Biz neft məhsullarımızın Avropa standartarına uyğun olmasına doğru gedirik. Hal-hazırda dizelimiz Avropa standartındadır. Benzimizin digər növlərini də Avro standartına, böyük investisiyalarla yeni zavodlar tikərək gətirə bilərik”. R. Abdullayev yüksək oktanlı benzin növlərinin qiymətinin sərbəst buraxılmasının tərəfdarı olduğunu qeyd edib: “Məlumdur ki, böyük avtomobillər 95-98 oktan benzindən istifadə edir. Niyə dövlət böyük “cip” sürüb 95-98 oktanlı benzindən istifadə edənləri subsidiya etməlidir? 95 və 98 oktan benzin dünya qiymətinə olmalıdır. Dövlət dizeli və 92 oktan benzini subsidiya edir, bunu başa düşdük, bəs niyə bahalı maşınlarda istifadə edilən benzini subsidiya etməlidir? Biz 92 oktan benzinin rəngini dəyişdirdik ki, əliəyri adamlar 92 oktan benzini 95 oktan benzinə qarışdıra bilməsinlər. Hal-hazırda keyfiyyətlə bağlı problem yoxdur. Mən xahiş etmişdim ki, 95 oktan benzini açıq bazarda sataq, ancaq təklifim qəbul olunmadı”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda 6 milyon tondan çox neft emal olunub
İqtisadiyyat 12:44
Ötən il Azərbaycanda 6 milyon tondan çox neft emal olunub
Ali təhsildə beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılıb
İqtisadiyyat 12:18
Ali təhsildə beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılıb
Hesablama Palatası: Qızıl portfelinin xüsusi çəkisi 9 ayda 12,2% artıb
İqtisadiyyat 12:18
Hesablama Palatası: Qızıl portfelinin xüsusi çəkisi 9 ayda 12,2% artıb
Cari il üçünAÇG-də neft hasilatı üzrə proqnoz açıqlanıb
İqtisadiyyat 12:07
Cari il üçünAÇG-də neft hasilatı üzrə proqnoz açıqlanıb
bp ictimaiyyətlə onlayn görüş keçirəcək
İqtisadiyyat 11:03
bp ictimaiyyətlə onlayn görüş keçirəcək
ADY Gəncə-Qəbələ-Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşımaya başlayıb
İqtisadiyyat 10:41
ADY Gəncə-Qəbələ-Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşımaya başlayıb
Niyə Afina Azərbaycan qazını ləngidir? - TƏHLİL
İqtisadiyyat 10:29
Niyə Afina Azərbaycan qazını ləngidir? - TƏHLİL
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:11
Qızıl və gümüş bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol