• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

ARDNŞ gələn ildən xam neft ixracını dayandırır

ARDNŞ gələn ildən xam neft ixracını dayandırır
04.12.2013 17:31
 Bu, ölkədə benzinə olan tələbatın ödənilməsi məqsədi daşıyırAzərbaycanda baş verən iqtisadi proseslər, avtomobillərin sayının artması nəticəsində ölkədə benzinə olan tələbat daim artır. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov bildirib.D.Məmmədovun sözlərinə görə, bu tələbatın orta illik artım tempi son illər ərzində 10%-dən çoxdur: «Aydındır ki, bu şəraitdə benzin istehsalının artırılması zəruridir və bunun üçün əlavə neft həcmləri tələb olunur. Bu səbəbdən də Dövlət Neft Şirkəti gələn il özünə məxsus xam neftin ixracını tam dayandıracaq və həmin həcmi benzin istehsalına yönəldəcək».Bununla yanaşı Şirkət rəsmisi qeyd edib ki, ARDNŞ bu il ərzində neftin ixracını artıq azaldır və bunun nəticəsində daxili bazarda benzinə olan tələbat təmin olunur. Lakin eyni zamanda mövcud benzin ehtiyatlarından da istifadə olunur. Nəticədə, Azərbaycanda benzin ehtiyatının həcmi cəmi 17 min tona enib ki, bu da orta hesabla təxminən daxili tələbatın 4 gün təmin edilməsinə kifayətdir.Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayı ərzində Azərbaycanda 1,171 mln. ton benzin satılıb və 1,170 mln. ton benzin istehsal edilib. ARDNŞ-in proqnozlarına görə, benzinə olan daxili tələbat ilin sonuna kimi təxminən 1,420 mln. tona çatacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il Azərbaycanda 6 milyon tondan çox neft emal olunub
İqtisadiyyat 12:44
Ötən il Azərbaycanda 6 milyon tondan çox neft emal olunub
Ali təhsildə beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılıb
İqtisadiyyat 12:18
Ali təhsildə beynəlxalq ikili diplom proqramlarının sayı 8-ə çatdırılıb
Hesablama Palatası: Qızıl portfelinin xüsusi çəkisi 9 ayda 12,2% artıb
İqtisadiyyat 12:18
Hesablama Palatası: Qızıl portfelinin xüsusi çəkisi 9 ayda 12,2% artıb
Cari il üçünAÇG-də neft hasilatı üzrə proqnoz açıqlanıb
İqtisadiyyat 12:07
Cari il üçünAÇG-də neft hasilatı üzrə proqnoz açıqlanıb
bp ictimaiyyətlə onlayn görüş keçirəcək
İqtisadiyyat 11:03
bp ictimaiyyətlə onlayn görüş keçirəcək
ADY Gəncə-Qəbələ-Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşımaya başlayıb
İqtisadiyyat 10:41
ADY Gəncə-Qəbələ-Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşımaya başlayıb
Niyə Afina Azərbaycan qazını ləngidir? - TƏHLİL
İqtisadiyyat 10:29
Niyə Afina Azərbaycan qazını ləngidir? - TƏHLİL
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:11
Qızıl və gümüş bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol