• $
  • £

Rusiya: Niyə Putin həmişə gecikir? - BBC

Rusiya: Niyə Putin həmişə gecikir? - BBC
28.05.2020 22:49

Stiven Ennis Vladimir Putin bu yaxınlarda Vatikana səfər edərkən Papa Fransisi gözləməyə məcbur etdiyinə görə, onun əfsanəvi gecikmələri yenidən diqqət mərkəzində oldu. Onun xroniki gecikmələrinin arxasında nə dayanır? Müstəqil gündəlik qəzet “Moskva Komsomolçusu”nun yazdığına görə Rusiya prezidenti bazar ertəsi Papa ilə görüşə 50 dəqiqə gecikdi. Papanın saray əhli isə sarayın qarşısında, soyuqdan titrəyərək, Rusiya prezidentini salamlamaq üçün gözləyirdilər, ancaq Putinin yubanmasının səbəbi onun otelinin qarşısında pank-qrupu Pussy Riota dəstək məqsədilə etiraz aksiyası keçirən qadınlar olmuşlar.  Papa və italyan mətbuatı, deyəsən, buna yumşaq yanaşdılar. Putinin reputasiyasını nəzərə alaraq, onlar yəqin elə belə də olacağını gözləyirdilər. Vladimir Putin noyabrda Seula səfəri zamanı ölkə prezidenti Pak Qın Heni də 30 dəqiqə müddətində gözlətmişdir, çünki artıq gecikmiş Putin yolda döyüş sənəti azarkeşləri ilə danışmağa qərar verdi, buna görə də Cənubi Koreya KİV-ləri analoji fakta tənqidi münasibət bildirdi.  "Vladimir Vladimiroviç, gələn dəfə yerində ol!", - Korea Times qəzetinin başlığı qaynayırdı.  Amma liberal Rusiya saytı Slon.ru göstərir ki, koreyalıların məyus olmasına ehtiyac yoxdur. Çünki gecikmə yalnız yarım saatlıq olub və bu, Putinin "ən dərin hörmətinin nişanəsidir".Rusiya liderinin gecikmələri uzun tarixçəyə malikdir:2003-cü ildə kraliça II Yelizaveta ilə görüşə 14 dəqiqə gecikmə, 2012-ci ildə Almaniyanın kansleri Angela Merkellə görüşə 40 dəqiqə gecikmə, ABŞ dövlət katibi Con Kerri ilə Suriya üzrə danışıqlara üç saata gecikmə, 2002-ci ildə Başkortostan qəbiristanlığında, aviaqəzada həlak olmuş uşaqların valideynləri ilə görüşə iki saatlıq gecikmə.Bu, tez-tez onun təcrübəli olmasının nəticəsiydi, Putinə yaxın anonim mənbənin "Moskva Komsomolçusu" qəzetinin siyasi şərhçisi Mixail Rostovskiyə verdiyi məlumata görə: "Əhəmiyyətli görüşlərdən əvvəl Putin informasiya mənbələrini əksər hallarda iki dəfə yoxlayır, təfərrüatları öyrənir və nəticədə qrafikdən geri qalır".Bəzən bu, əvvəlcədən hesablanmış təhqirə bənzəyir. 2012-ci ildə Putin Krımda Ukrayna prezidenti Viktor Yanukoviçlə qaz üzrə danışıqlara gecikdi. O, yolda motosiklet sürücüsü ilə söhbət etdi və nəticədə dörd saat gecikdi.Politoloq Dmitri Abramov deyir ki, Putinin "görüntü xarakteri daşıyan gecikmələr"i onun "Rusiya imperiyasının çiçəklənməsi dövründə olduğu kimi, dünya siyasətində "çarın yerini" tuduğunu nümayiş etdirmək istəyindən doğur". Onun keçmiş arvadı Lyudmila deyir ki, Putinlə görüşərkən, o, həmişə görüşə gecikərdi. Putin öz məktəb günlərini xatırlayaraq deyir: "Mənim geyinməyə vaxtım olmurdu və mən paltosuz güllə kimi məktəbə uçurdum". Rostovskinin qeyd etdiyi kimi, gecikmə indi Putinin "vizit kartı"dır və o, çətin ki, dəyişsin. "Çox güman ki, o, öz şəxsi dəfninə də gecikəcək", - müxalif blogger Andrey Malqin belə deyir.http://www.bbc.co.uk/news/blogs-news-from-elsewhere-25136476Tərcümə: Ramil RahiboğluANN.Az 

Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
Dünya 20:39
SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
Dünya 19:35
ABŞ Yaxın Şərqə hərbi qüvvələr göndərəcək
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
Dünya 18:40
«Нафтогаз Украины» отсудил у «Газпрома» 1,2 млрд
İlber Ortaylı vəfat edib
Dünya 17:00
İlber Ortaylı vəfat edib
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
Dünya 16:15
KİV: Türkiyə ABŞ-İran-İsrail müharibəsində tərəf olmayacaq
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub
Dünya 16:13
ABŞ-nin ən böyük neft emalı zavodundapartlayış olub

Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
Dünya 15:17
Tramp: Gələn həftə İrana çox güclü zərbə endirəcəyik
İranda mitinq keçirilən ərazidə partlayış olub
Dünya 14:00
İranda mitinq keçirilən ərazidə partlayış olub
İsrail Tehrandakı hökumət binalarına silsilə zərbələr endirib
Dünya 11:29
İsrail Tehrandakı hökumət binalarına silsilə zərbələr endirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol