• $
  • £

Azərbaycan lideri Gürcüstan Prezidentini təbrik edib


Azərbaycan lideri Gürcüstan Prezidentini təbrik edib
26.05.2026 11:28

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident,

Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin bugünkü yüksək səviyyəsi qonşu xalqlarımızın əsrlər boyu bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan güc alır. Hazırda dövlətlərarası münasibətlərimizin dinamik və hərtərəfli inkişafı məmnunluq doğurur.

Keçən ay dost ölkənizə həyata keçirdiyim dövlət səfərinin nəticələrini, səfər zamanı göstərdiyiniz qonaqpərvərliyi və əsl dost münasibətini yüksək qiymətləndirir, qarşılıqlı anlaşma və səmimiyyət şəraitində keçən məhsuldar görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.

Siyasi əlaqələrimizin intensivliyi və ali səviyyədə fəal dialoqun mövcudluğu bütün sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün əlverişli imkan yaradır.

İnanıram ki, dövlətlərimizin maraqları, xalqlarımızın mənafeyi və regionumuzun rifahı naminə sağlam təməllər üzərində qurulmuş və xoş ənənələrə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı birgə səylərimizlə bundan sonra da möhkəmlənməyə və genişlənməyə davam edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bərdədə “Kalaşnikov” avtomatı və 29 ədəd sursat aşkarlanıb
Cəmiyyət 13:42
Bərdədə “Kalaşnikov” avtomatı və 29 ədəd sursat aşkarlanıb
Azərbaycan və erməni ekspertlərin İrəvanda görüşü təxirə salınıb
Cəmiyyət 13:34
Azərbaycan və erməni ekspertlərin İrəvanda görüşü təxirə salınıb
Bakı-Sumqayıt yolunda qəza - Avtomobillər aşıb
Cəmiyyət 13:06
Bakı-Sumqayıt yolunda qəza - Avtomobillər aşıb
Fazil Mustafa: Məktəblərdə geyim qaydalarının tətbiqi şəxsi həyata müdaxilə deyil
Cəmiyyət 12:25
Fazil Mustafa: Məktəblərdə geyim qaydalarının tətbiqi şəxsi həyata müdaxilə deyil

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq
Cəmiyyət 12:19
Sabah Azərbaycanda 35 dərəcə isti olacaq
Metronun iki stansiyasınının pulsuz olmasının səbəbi açıqlanıb
Cəmiyyət 12:12
Metronun iki stansiyasınının pulsuz olmasının səbəbi açıqlanıb
Martin Ryan əfv olundu - 10 illik məhkum edilmişdi
Cəmiyyət 11:47
Martin Ryan əfv olundu - 10 illik məhkum edilmişdi
Dindarlarla qeyri-dindarlar arasında qarşıdurma yaratmaq cəhdləri təhlükəlidir - deputat
Cəmiyyət 11:32
Dindarlarla qeyri-dindarlar arasında qarşıdurma yaratmaq cəhdləri təhlükəlidir - deputat

İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib
Cəmiyyət 11:24
İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol