• $
  • £

İlham Əliyev sərgi iştirakçılarına müraciət etdi

İlham Əliyev sərgi iştirakçılarına müraciət etdi
02.12.2013 11:12
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “BakuTel-2013” 19-сu Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb.AzərTAc xəbər verir ki, məktubda deyilir:"Hörmətli sərgi və konfrans iştirakçıları!“BakuTel-2013” 19-cu Beynəlxalq sərgi və konfransının öz işinə başlaması münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm.İqtisadi və sosial sahələrin bütün istiqamətlərində davamlı artım tempinə nail olan Azərbaycan İKT sahəsində də dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlmişdir. Respublikada İKT cəmiyyətin həyatına dərindən nüfuz etmişdir. Əhalinin 70 faizi internet, onların yarısı isə genişzolaqlı internetdən istifadə edir. Ən yeni texnologiyaların tətbiqi və rəqəmli televiziya yayımı uğurla həyata keçirilir, sahə üzrə investisiya qoyuluşu və özəl sektorun fəaliyyəti ildən-ilə genişlənir.Ölkəmizin tarixi nailiyyətlərindən biri olan “Azerspace-1” ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması, eləcə də informasiya texnologiyaları üzrə universitetin və dövlət fondunun, “Yüksək Texnologiyalar Parkı”nın yaradılması, stimullaşdırıcı tədbirlərin tətbiqi ölkədə təbii sərvətlərə əsaslanan iqtisadiyyatdan innovativ və texnoloji tutumlu iqtisadiyyata keçidin təmin edilməsinə möhkəm zəmin yaradır. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 67-ci sessiyasında Avrasiya Rabitə Alyansının təsis edilməsi ilə bağlı təklifinin bəyənilməsi barədə qətnamənin qəbul edilməsi ölkəmizin beynəlxalq İKT çağırışlarının həyata keçirilməsinə dünya ölkələrinin artan dəstəyinin bariz təzahürüdür.Azərbaycanda hər il keçirilən “BakuTel” beynəlxalq sərgi və konfransı müxtəlif ölkələri təmsil edən təşkilatların, alim və mütəxəssislərin bir araya gələrək öz ideyalarını bölüşməsi, işgüzar əlaqələri genişləndirməsi, qabaqcıl texnoloji nailiyyətlər və yeniliklərlə tanış olması üçün əlverişli imkan yaradır.Builki sərgi və konfransın ölkəmizdə elan edilmiş “İKT ili” çərçivəsində keçirilməsi, onun proqramına kibertəhlükəsizlik üzrə konfransın və digər mötəbər tədbirlərin daxil edilməsi, aparıcı şirkətlərin daha geniş təmsil olunması bu sərgi və konfransın əhəmiyyətini daha da artırır.İnanıram ki, “BakuTel-2013” 19-cu Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının gedişində aparılan təcrübə mübadiləsi iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsinə, beynəlxalq və regional səviyyədə yeni təşəbbüslərin yaranmasına və gerçəkləşdirilməsinə sanballı töhfə verəcəkdir.Sərgi və konfransın işinə uğurlar arzulayıram".ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda məşğul əhalinin 35%-i kənd təsərrüfatında çalışsa da, sektorun ÜDM-də payı 5,9%-dir
İqtisadiyyat 13:05
Azərbaycanda məşğul əhalinin 35%-i kənd təsərrüfatında çalışsa da, sektorun ÜDM-də payı 5,9%-dir
Azərbaycan Gürcüstana investisiya qoyuluşunu artırıb
İqtisadiyyat 12:07
Azərbaycan Gürcüstana investisiya qoyuluşunu artırıb
Azərbaycan nefti 13 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:35
Azərbaycan nefti 13 dollara yaxın ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
BEA Yaxın Şərqdə gərginlik fonunda rekord həcmdə neftin bazara çıxarılmasını müzakirə edir – WSJ
İqtisadiyyat 08:09
BEA Yaxın Şərqdə gərginlik fonunda rekord həcmdə neftin bazara çıxarılmasını müzakirə edir – WSJ
Neft qiymətləri Trampın açıqlamasından sonra 6-7% ucuzlaşıb
İqtisadiyyat 16:31
Neft qiymətləri Trampın açıqlamasından sonra 6-7% ucuzlaşıb
Unibank Yel çərşənbəsi münasibətilə 0 % komissiyalı kredit aksiyası keçirir
İqtisadiyyat 11:37
Unibank Yel çərşənbəsi münasibətilə 0 % komissiyalı kredit aksiyası keçirir
ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan
artıq hamıya əlçatandır!
İqtisadiyyat 11:20
ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan artıq hamıya əlçatandır!
Bakıda vətəndaşlar yanvarda restoranlara 117 milyon manat xərcləyib
İqtisadiyyat 10:51
Bakıda vətəndaşlar yanvarda restoranlara 117 milyon manat xərcləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol