• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Milli mədəni irs obyektlərinin qanunsuz çıxarılmasına görə cərimələr artırıldı

Milli mədəni irs obyektlərinin qanunsuz çıxarılmasına görə cərimələr artırıldı
27.11.2013 20:10
Azərbaycan prezidenti İlham Əliyev milli mədəni irs ilə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib.APA-nın məlumatına görə, layihəyə əsasən mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər min beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir. Mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə fiziki şəxslər min beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir. Mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir. Qeyd edək ki, dəyişikliyə qədər tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarının pozulmasına görə xəbərdarlıq və ya on beş manatdan qırx manatadək miqdarda cərimə nəzərdə tutulurdu. Bu Məcəllənin 74.3-cü maddəsində nəzərdə tutulmuş xətanın 1 il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Bu Məcəllənin 74.1-74.3-cü maddələri, həmin maddələrdə göstərilən əməllər Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki narkokuryer saxlanılıb
Cəmiyyət 14:37
Bakıda iki narkokuryer saxlanılıb
Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşüb
Cəmiyyət 14:26
Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşüb
Bu liseydə rus dilində tədris dayandırılır
Cəmiyyət 13:54
Bu liseydə rus dilində tədris dayandırılır
Ötən il 13 subay şəxs övladlığa uşaq götürüb
Cəmiyyət 13:45
Ötən il 13 subay şəxs övladlığa uşaq götürüb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:14
Sabahın hava proqnozu açıqlanıb

Ötən həftə 875 hektardan çox ərazi minalardan təmizlənib
Cəmiyyət 11:37
Ötən həftə 875 hektardan çox ərazi minalardan təmizlənib
STM dezinfeksiya işlərinə 165 min manata yaxın vəsait xərcləyəcək
Cəmiyyət 11:08
STM dezinfeksiya işlərinə 165 min manata yaxın vəsait xərcləyəcək
Gəncədə dəm qazından zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirilib
Cəmiyyət 10:58
Gəncədə dəm qazından zəhərlənmə: 5 nəfər xəstəxanaya yerləşdirilib
Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi vəzifədən azad edilib
Cəmiyyət 10:45
Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi vəzifədən azad edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol