• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Ani Lorak Bakıda konsert verdi VIDEO+ FOTOLAR

Ani Lorak Bakıda konsert verdi VIDEO+ FOTOLAR
24.11.2013 13:00

Dünən ukraynalı müğənni Ani Lorakın Bakıda, Heydər Əliyev Sarayında konsert baş tutdu. ANS PRESS-in məlumatına görə, müğənni rəqqas heyəti ilə Bakıdakı pərəstışkarlarına xoş anlar yaşadıb. Konsert proqramında müğənni ən sevilən mahnılarını ifa edib.

İngilis, rus və ukrayna dilində ifa etdiyi mahnıları ilə müğənni zalda əyləşən tamaşaçılarını coşdurmağı bacarıb. Konsertin gedişində müğənni uşaqlıq xatirələrini də zalda əyləşən insanlarla bölüşüb. Müğənni Azərbaycan tamaşaçısını çox sevdiyini bildirib və həyat yoldaşının da türk olduğuna görə azərbaycan tamaşaçısı ilə onun arasında xüsusi bağlılıq olduğunu vurğulayıb.

Müğənni eyni zamanda Bakıdakı tamaşaçı kütləsinin ona olan isti münasibətindən razı qaldığını da ifadə edib. Proqramın sonunda müğənni son mahnısını (Ya vernus) oxuyarkən “gələcəkdə yenə Bakıda onu sevənləri ilə görüşəcəyini” qeyd edib. Konsert bitdikdən sonra Ani Lorak səhnəni tərk etdikdən sonra tamaşaçıların istəyi ilə müğənni ikinci dəfə səhnəyə qayıdıb. 

Qeyd edək ki, bu Ani Lorakın Azərbaycana ikinci səfəridir. Bundan əvvəl müğənni dənizkənarı bulvarda bir çox müğənnilərin iştirak etdiyi konsert proqramında da çıxış edib. 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Pərviz Məmmədov: "Bizim serial digərlərindən fərqlənəcək" - FOTOLAR
Mədəniyyət 10:57
Pərviz Məmmədov: "Bizim serial digərlərindən fərqlənəcək" - FOTOLAR
Gənclər dünya rəssamlığının mirvarilərini parodiya etdilər - FOTO+VİDEO
Mədəniyyət 16:46
Gənclər dünya rəssamlığının mirvarilərini parodiya etdilər - FOTO+VİDEO
"Qızıl Qlobus"un qalibləri seçildi - FOTO + VİDEO
Mədəniyyət 10:13
"Qızıl Qlobus"un qalibləri seçildi - FOTO + VİDEO
Ani Lorak Bakıda konsert verdi VIDEO+ FOTOLAR
Mədəniyyət 13:00
Ani Lorak Bakıda konsert verdi VIDEO+ FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol