• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

"Xalq Cümhuriyyətinin qurucularına abidə ucaldılmalıdır"

"Xalq Cümhuriyyətinin qurucularına abidə ucaldılmalıdır"
23.11.2013 15:37

“Azərbaycan prezidenti İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı verdiyi sərəncam hər bir kəsin ürəyincə olan və vaxtında verilən sərəncamdır.

Əminəm ki, dövlətin bütün strukturları, xüsusilə elm və təhsil müəssisələri Rəsulzadənin tarixi xidmətlərini qeyd edəcək, bu istiqamətdə tədbirlər planı hazırlayacaq”.

 

Bunu Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov deyib. O bildirib ki, Azərbaycanın tarixi şəxsiyyətləri seriyasından böyük ictimai-siyasi xadim, müstəqil Azərbaycanın qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi qeyd olunması tarixi hadisə olacaq.

 

M. Ə. Rəsulzadənin BDU-da büstünün bu günə kimi qoyulmamasına da münasibət bildirən rektor deyib ki, bu, hər zaman aktual məsələ olub: “Sərəncam əsasında müxtəlif tədbirlər həyata keçiriləcək. Rəsulzadənin abidəsinin harada ucaldılması ilə bağlı məsələ də sərəncamın icrası zamanı müəyyən ediləcək. Düşünürəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarına ansambl şəklində abidə ucaldılmasına ehtiyac var. Bu, tarixi bir hadisədir və həyata keçirilməsi hökmən vacibdir. Onlar Azərbaycanın müstəqillik bayrağını ilk qaldıran insanlar olublar”.

APA

Oxşar xəbərlər
Oxşar xəbərlər
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib
Cəmiyyət 17:30
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib
Bakıda yağış intensivləşəcək - Xəbərdarlıq
Cəmiyyət 16:45
Bakıda yağış intensivləşəcək - Xəbərdarlıq
Mikayılov: Bakının su-kanalizasiya infrastrukturu əhali artımı fonunda köhnəlib
Cəmiyyət 16:33
Mikayılov: Bakının su-kanalizasiya infrastrukturu əhali artımı fonunda köhnəlib
Sabah Şirvanda 4700-dən çox abonent qazsız qalacaq
Cəmiyyət 16:10
Sabah Şirvanda 4700-dən çox abonent qazsız qalacaq
Dənizə axıdılan sular 100 faiz təmizlənməlidir - Prezident
Cəmiyyət 15:36
Dənizə axıdılan sular 100 faiz təmizlənməlidir - Prezident
Bakıda iki narkokuryer saxlanılıb
Cəmiyyət 14:37
Bakıda iki narkokuryer saxlanılıb
Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşüb
Cəmiyyət 14:26
Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşüb
Bu liseydə rus dilində tədris dayandırılır
Cəmiyyət 13:54
Bu liseydə rus dilində tədris dayandırılır
Ötən il 13 subay şəxs övladlığa uşaq götürüb
Cəmiyyət 13:45
Ötən il 13 subay şəxs övladlığa uşaq götürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol