• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

General-mayor Məhəmməd Abbasquliyev II Fəxri xiyabanda dəfn olundu

General-mayor Məhəmməd Abbasquliyev II Fəxri xiyabanda dəfn olundu
23.11.2013 15:10

Elçin Quliyev: «General Abbasquliyev «Hər şey vətən üçün» deyən və canını Vətənə fəda etməyə hazır zabitlərimizdən idi”

Ötən gün dünyasını dəyişmiş Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev bu gün II Fəxri xiyabanda dəfn olunub.

 

Generalın dəfn mərasimində DSX rəisi, general-leytenant Elçin Quliyev, Azərbaycan prezidentinin təhlükəsizlik və müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi, general-leytenant Arzu Rəhimov, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirov, Türkiyənin Azərbaycandakı hərbi attaşesi, general-mayor Hasan Nevzat Taşdələr, DSX, SHÇDX və digər hərbi qurumların şəxsi heyəti iştirak edib.

 

Hərbi qaydalara uyğun təşkil olunmuş mərasimdə DSX rəisi E. Quliyev M. Abbasquliyevin tabutu üzərinə çəkilmiş Azərbaycan bayrağını onun oğluna verib. Dəfndən sonra Azərbaycanın dövlət himni səsləndirilib, yaylım atəşi açılıb.

 

Mərasimdə çıxış edən DSX rəisinin müavini, general-mayor Asif Cəbrayılov M. Abbasquliyevin Sərhəd Mühafizəsinin inkişafındakı rolundan danışıb. Onun DSX şəxsi heyətinin xatirində vətənpərvər zabit, gözəl insan kimi qaldığını bildirib.

 

DSX rəisi, general-leytenant Elçin Quliyev isə çıxışında qeyd edib ki, M. Abbasquliyevin timsalında Azərbaycan Sərhəd Mühafizəsi peşəkar, vətənpərvər zabitini itirib: «General Məhəmməd Abbasquliyev «Hər şey vətən üçün» deyən və canını bu Vətənə fəda etməyə hazır zabitlərimizdən idi. O, DSX-də həyata keçirilən quruculuq işlərində mühüm rol oynayıb. Onun xatirəsi hər zaman yaşayacaq».

 

Prezidentin təhlükəsizlik və müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev isə M. Abbasquliyevlə Naxçıvanda bir yerdə çalışdıqlarını deyib. O, mərhumun hər zaman öz peşəsinə məsuliyyətlə yanaşdığını, dövlətinə, millətinə, Ali Baş Komandana sadiq zabit olduğunu bildirib.

 

V. Əliyev Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin də başsağlığını çatdırıb. 

APA

Oxşar xəbərlər
Oxşar xəbərlər
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib
Cəmiyyət 17:30
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib
Bakıda yağış intensivləşəcək - Xəbərdarlıq
Cəmiyyət 16:45
Bakıda yağış intensivləşəcək - Xəbərdarlıq
Mikayılov: Bakının su-kanalizasiya infrastrukturu əhali artımı fonunda köhnəlib
Cəmiyyət 16:33
Mikayılov: Bakının su-kanalizasiya infrastrukturu əhali artımı fonunda köhnəlib
Sabah Şirvanda 4700-dən çox abonent qazsız qalacaq
Cəmiyyət 16:10
Sabah Şirvanda 4700-dən çox abonent qazsız qalacaq
Dənizə axıdılan sular 100 faiz təmizlənməlidir - Prezident
Cəmiyyət 15:36
Dənizə axıdılan sular 100 faiz təmizlənməlidir - Prezident
Bakıda iki narkokuryer saxlanılıb
Cəmiyyət 14:37
Bakıda iki narkokuryer saxlanılıb
Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşüb
Cəmiyyət 14:26
Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşüb
Bu liseydə rus dilində tədris dayandırılır
Cəmiyyət 13:54
Bu liseydə rus dilində tədris dayandırılır
Ötən il 13 subay şəxs övladlığa uşaq götürüb
Cəmiyyət 13:45
Ötən il 13 subay şəxs övladlığa uşaq götürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol