• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

“Xəzər Lənkəran” rəhbərliyindən Açıqlama

“Xəzər Lənkəran” rəhbərliyindən Açıqlama
23.11.2013 09:41
ANN.Az “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsini təqdim edir:- Az öncə Con Toşak istefa verdi. Uelsli mütəxəssisin gedişi necə alındı?- Bildiyiniz kimi, komandamız Topaz Premyer Liqasının XIV turunda “Bakı”ya 0:3 hesabı ilə uduzdu. Təbii ki, bundan narazı qaldığımız üçün klubdaxili iclas keçirildi. Toşakla görüşdük. Özü getmək istədiyini söyləyib, komandaya uğurlar arzuladı.- Toşak komandanın düşdüyü vəziyyətə görə hansısa üzrxahlıq elədimi?- Təbii ki, nəticəyə baş məşqçi cavabdehdir. O, yaradılan şəraitə görə rəhbərliyə minnətdarıq etdi. İşlədiyi bir çox komandalarda belə şərait görmədiyini dedi. Ardından postundan getməyinin vacib olduğunu söylədi. Rəsmi şəkildə ərizəsini yazdı. - Türkiyəli məşqçi Oğuz Çətin klubunuzun dəvəti ilə Bakıya gəlib, bu gün “Bakı”ya uduzduğunuz görüşü izlədi. Onun Toşakı əvəzləməsi mümkündürmü?- Xeyr! O, qətiyyən baş məşqçi olmayacaq!- Yeni baş məşqçi yenə əcnəbi olacaq, yoxsa yerli?- Toşak indicə istefa verib. Təbii, komanda baş məşqçisiz qalmayacaq. Sabahdan məşqçi axtarışına çıxacağıq. Oğuz Çətinin oyunu izləməsinə gəlincə, əvvəllər Rıdvan Dilməni, Rüştü Rəcbəri də oyunlarımızı izləyib. Bu, o demək deyil ki, onları baş məşqçi olacaq. Onların hamısı bizim dostlarımızdı. Amma yeni çalışdırıcımız əcnəbi olacaq.- Mirça Rednikin yenidən bu posta qayıtması mümkündür?- Bu barədə klub prezidenti qərar verəcək.
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsveç azərbaycanlı güləş məşqçisinin deportasiyasına qərar verib
İdman 08:20
İsveç azərbaycanlı güləş məşqçisinin deportasiyasına qərar verib
"Qarabağ"ın rəqibi hücumçu transfer edib
İdman 23:00
"Qarabağ"ın rəqibi hücumçu transfer edib
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
İdman 23:33
"Qarabağ"ın rəqibləri müəyyənləşdi
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol