• $
  • €
  • ₽
  • ₺
  • £

Kartdan-karta köçürmələr üzrə yeni tariflər banklara şamil olunacaq

Kartdan-karta köçürmələr üzrə yeni tariflər banklara şamil olunacaq
14.10.2026 13:03

Azərbaycanda 2027-ci il aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə tətbiq ediləcək yeni xidmət haqları vətəndaşlardan deyil, banklardan və Banklararası Kart Mərkəzinin digər iştirakçılarından tutulacaq. Bu barədə Mərkəzi Bankdan “Qafqazinfo”ya bildirilib.

Qeyd olunub ki, dəyişiklik Mərkəzi Bankla banklar və maliyyə qurumları arasındakı münasibətləri və hesablaşmaları tənzimləyir. Yeni tariflər Banklararası Kart Mərkəzinin infrastrukturunda emal olunan əməliyyatlara görə tətbiq ediləcək.

“Bu, bankların Mərkəzi Bankın sistemlərindən istifadə edərkən ödədikləri xidmət haqlarıdır. Mərkəzi Bankın təsdiq etdiyi tariflər Banklararası Kart Mərkəzinin infrastrukturunda emal olunan əməliyyatlara görə tətbiq olunan komissiyalardır və bu komissiyalar BKM-in iştirakçılarından tutulacaq”, - qurumdan bildirilib.

Mərkəzi Bankın İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiqlənib. Yeni tarif siyasətinə əsasən, Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə xidmət haqlarının yuxarı həddi müvafiq olaraq iki və 1,5 dəfə azaldılıb.

Yeni modeldə xidmət haqlarının əməliyyatın məbləğindən asılı olaraq müəyyən edilmiş intervallar üzrə sabit məbləğlərlə hesablanması nəzərdə tutulur. Həmçinin, 24/7 rejimində real vaxtda hesablaşmaları təmin edən Ani Ödənişlər Sistemi (AÖS) üzrə daha aşağı tariflər müəyyən edilib.

Banklararası Kart Mərkəzində emal olunan milli valyutada kartdan-karta və karta köçürmə əməliyyatları üzrə xidmət haqları belə müəyyənləşdirilib:

  • 100 manatadək – 3 qəpik;

  • 100,01–1 000 manat – 10 qəpik;

  • 1 000,01–10 000 manat – 50 qəpik;

  • 10 000,01–40 000 manat – 2 manat;

  • 40 000 manatdan yuxarı – 4 manat.

Dollar və avro ilə həyata keçirilən köçürmələr üçün də məbləğ intervallarına uyğun olaraq 0,03, 0,10, 0,50, 2 və 4 dollar və ya avro həcmində xidmət haqları nəzərdə tutulub.

Hökumət Ödəniş Portalı vasitəsilə göndərilən ödəniş sərəncamlarının icrasına görə isə 100 manatadək əməliyyatlarda 3 qəpik, 100,01–1 000 manat aralığında 10 qəpik, 1 000,01–10 000 manat aralığında 1 manat, 10 000,01–40 000 manat aralığında 4 manat, 40 000 manatdan yuxarı əməliyyatlarda isə 8 manat xidmət haqqı müəyyən edilib.

Mərkəzi Bank yeni tarif siyasətinin ödəniş sistemlərində innovativ həllərin inkişafını dəstəkləməyə və xidmət haqlarının optimallaşdırılmasına yönəldiyini bildirib.

Yeni tariflər 2027-ci il aprelin 1-dən qüvvəyə minəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
DigiTravel ilə aviabiletləri də indi alıb, sonra ödəyin!
İqtisadiyyat 17:25
DigiTravel ilə aviabiletləri də indi alıb, sonra ödəyin!
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
İqtisadiyyat 15:07
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
Kartdan-karta köçürmələr üzrə yeni tariflər banklara şamil olunacaq
İqtisadiyyat 13:03
Kartdan-karta köçürmələr üzrə yeni tariflər banklara şamil olunacaq
Azərbaycanda 2032-ci ilədək 8 QVt yaşıl enerji gücü yaradılacaq
İqtisadiyyat 10:55
Azərbaycanda 2032-ci ilədək 8 QVt yaşıl enerji gücü yaradılacaq

Bakı Limanında konteyner daşımaları 30% artıb
İqtisadiyyat 10:02
Bakı Limanında konteyner daşımaları 30% artıb

Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
İqtisadiyyat 09:57
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
"Brent" bahalaşıb
İqtisadiyyat 09:32
"Brent" bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb
İqtisadiyyat 16:48
Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol