• $
  • £

“Azərbaycan-ABŞ İKT Forumu” keçiriləcək

“Azərbaycan-ABŞ İKT Forumu” keçiriləcək
22.11.2013 10:33

Dekabrın 3-də “Azərbaycan-ABŞ İKT Forumu” keçiriləcək. 

ANN.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycanın ABŞ-dakı səfirliyi, ABŞ - Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə keçiriləcək forumun ilk plenar iclasının Azərbaycanın ilk telekommunikasiya peyki və kosmos sahəsi üzrə Azərbaycan-ABŞ tərəfdaşlığında gələcək imkanlar” mövzusuna həsr edilməsi nəzərdə tutulur.

Belə ki, qeyri-neft və xüsusən də informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişaf planının bir hissəsi olaraq, 2013-cü ilin əvvəlində ilk telekommunikasiya peykini orbitə buraxan Azərbaycan 2015 və 2016-cı illərdə daha iki peykin buraxılmasını planlaşdırır. Həmçinin forumun “Azərbaycanın İKT sahəsi: ticarət və investisiya imkanları”, “Azərbaycan-ABŞ İKT əməkdaşlığında yeni üfüqlər: çağırışlar və imkanlar” mövzuları ətrafında plenar müzakirələrlə davam etdirilməsi nəzərdə tutulur.

Eyni zamanda tədbir çərçivəsində “Azərbaycanda son 10 ildə inkişaf dinamikası”na dair mini-sərgi turun təşkili də planlaşdırılır.

Qeyd edək ki, ilk “Azərbaycan-ABŞ İKT forumu” “AmCam Azərbaycan”, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və ABŞ səfirliyinin təşkilatçılığı ilə “İnternet İdarəçiliyi Forumu” və “Bakutel” İKT həftəsi çərçivəsində 2012-ci il noyabrın 7-də Bakıda keçirilib. Forumda Azərbaycan və ABŞ arasında İnformasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.

Sənədi Azərbaycan tərəfindən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ABŞ hökuməti tərəfindən Beynəlxalq Rabitə və İnformasiya Siyasəti üzrə ABŞ koordinatoru Filip Vervyer imzalayıb.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Şəmkirdə avtomobil aşıb, 5 nəfər xəsarət alıb
Cəmiyyət 20:59
Şəmkirdə avtomobil aşıb, 5 nəfər xəsarət alıb
Bu gün ilk Qədr gecəsidir
Cəmiyyət 18:52
Bu gün ilk Qədr gecəsidir
Cəlilabadda mikroavtobus minik avtomobili ilə toqquşub
Cəmiyyət 18:10
Cəlilabadda mikroavtobus minik avtomobili ilə toqquşub
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə azyaşlını xilas etdilər - Video
Cəmiyyət 17:49
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə azyaşlını xilas etdilər - Video
Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi avtobuslarla həyata
Cəmiyyət 16:01
Naxçıvanla İğdır arasında sərnişindaşıma xüsusi avtobuslarla həyata
Masazırda qadını elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 15:34
Masazırda qadını elektrik cərəyanı vuraraq öldürüb
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 15:11
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
İrandan Azərbaycanın sərhədi vasitəsilə 1873 nəfər təxliyə edilib
Cəmiyyət 14:00
İrandan Azərbaycanın sərhədi vasitəsilə 1873 nəfər təxliyə edilib
Yollarda görünüş məhdudlaşacaq
Cəmiyyət 13:40
Yollarda görünüş məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol