• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Gənc alimlərə mənzil necə veriləcək? - şərtlər açıqlandı

Gənc alimlərə mənzil necə veriləcək? - şərtlər açıqlandı
22.11.2013 10:17

“Milli Elmlər Akademiyasında alimlərin təkcə doktorantura vasitəsilə gəncləşdirilməsi yetərli deyil”. 

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibəyli deyib. 

O bildirib ki, AMEA-da magistratura pilləsinin yaradılması nəzərdə tutulur və bununla bağlı ictimaiyyət də məlumatlandırılıb. 

O, AMEA-da magistraturanın yaradılmasının səbəb və məqsədləri haqqında da danışıb: 

“Elmdə varislik məsələsinin həll olunması üçün magistraturanın yaradılması faydalıdır. Əlbəttə, akademiya üçün magistratura təhsili yeni hadisədir. Bu baxımdan da Azərbaycan elminin, akademiyanın gələcəyi naminə magistratura bəlli bir səviyyədə, digər təhsil müəssisələrinə maneə olmadan, ayrıca plan əsasında yaradılmalıdır”. 

İ. Həbibəyli onu da qeyd edib ki, AMEA-da yeni elmi nəslin daha geniş şəkildə proseslərə cəlb olunması istiqamətində də addımlar atılmaqdadır: “Akademiyanın prezidentinin gənc alimlərlə geniş tərkibdə görüşü keçirildi və bu məsələlər müzakirə edildi. 

Bundan başqa akademiyada Gənc Alimlər və Mütəxəssislər Şurası yenidən qurulur. Gənc alimlərin mənzil təminatı ilə bağlı addımların atılması istiqamətində də akademiyada tədbirlər həyata keçirilməkdədir. 

Yəqin ki, yaxın illərdə gənc alimlərin böyük bir qismi, əlbəttə ki, müəyyən ehtiyaca və xidmətlərinə görə, nəzərə alınmaqla mənzillə təmin olunacaqlar”. 

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib
Cəmiyyət 17:30
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib
Bakıda yağış intensivləşəcək - Xəbərdarlıq
Cəmiyyət 16:45
Bakıda yağış intensivləşəcək - Xəbərdarlıq
Mikayılov: Bakının su-kanalizasiya infrastrukturu əhali artımı fonunda köhnəlib
Cəmiyyət 16:33
Mikayılov: Bakının su-kanalizasiya infrastrukturu əhali artımı fonunda köhnəlib
Sabah Şirvanda 4700-dən çox abonent qazsız qalacaq
Cəmiyyət 16:10
Sabah Şirvanda 4700-dən çox abonent qazsız qalacaq
Dənizə axıdılan sular 100 faiz təmizlənməlidir - Prezident
Cəmiyyət 15:36
Dənizə axıdılan sular 100 faiz təmizlənməlidir - Prezident
Bakıda iki narkokuryer saxlanılıb
Cəmiyyət 14:37
Bakıda iki narkokuryer saxlanılıb
Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşüb
Cəmiyyət 14:26
Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşüb
Bu liseydə rus dilində tədris dayandırılır
Cəmiyyət 13:54
Bu liseydə rus dilində tədris dayandırılır
Ötən il 13 subay şəxs övladlığa uşaq götürüb
Cəmiyyət 13:45
Ötən il 13 subay şəxs övladlığa uşaq götürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol