• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Gəncə 2016-cı ilin “Avropa gənclər paytaxtı” seçildi

Gəncə 2016-cı ilin “Avropa gənclər paytaxtı” seçildi
22.11.2013 09:43
Avropa Gənclər Forumunun təşkil etdiyi müsabiqədə Gəncə şəhəri 2016-cı ilin “Avropa gənclər paytaxtı” seçilib.APA-nın verdiyi məlumata görə bu barədə European Youth Forum-un (Avropa Gənclər Forumu) rəsmi  saytında məlumat verilib. Məlumata görə, bu gün Yunanıstanın Saloniki şəhərində keçirilən tədbirdə Gəncəni şəhər icra hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov təmsil edib. Nəticələr açıqlanandan sonra Avropa Gənclər Forumunun prezidenti Peter Matjasic çıxış edərək Gəncə haqda xoş sözlər söyləyib.Gəncə müsabiqənin final mərhələsində Badajoz (İspaniya), Qalvay (Şimali İrlandiya), La Lagina (İspaniya), Varna (Bolqarıstan) və Vilnüs (Litva) şəhərləri ilə birlikdə mübarizə aparıb. Cənubi Qafqaz regionundan Tbilisi və Batumi şəhərləri müsabiqəni vaxtından əvvəl tərk ediblər.Gəncənin 2016-cı ildə “Avropa gənclər paytaxtı” seçilməsində əmək sərf edən “Gənc Liderlər” TTİB-nın sədri Səbinə Ələkbərova bildirib ki, Gəncə artıq neçə ildir, yerli və beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir və şəhər yerli və beynəlxalq səviyyəli tədbirlər keçirməkdə böyük təcrübəyə malikdir.“Cənubi Qafqazda baş verən ilk belə haldır. Gəncəli gənclər şəhərlərinin Avropa Gənclər Paytaxtı olması üçün vaxtaşırı toplanıb və qədim şəhərin mövcud potensialının tanıdılması üçün maraqlı tədbirlər keçiriblər. Bütün bu görülən işlər və həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Gəncə Avropa Gənclər Paytaxtı olmağa layiq şəhərdir. Gəncənin "Avropa Gənclər Paytaxtı"  seçilməsi şəhərimizdəki gənclərin öz təşəbbüslərinin və beynəlxalq əlaqələrin inkişafı üçün növbəti bir təkan olacaq. Həmçinin regionda sosial və iqtisadi fəaliyyət də artacaq”, deyə S.Ələkbərova bildirib.  Qeyd edək ki, "Gənclər paytaxtı" adı şəhəri, Avropa Gənclər Forumu tərəfindən bir il müddətinə təltif olunur və bu şəhərlərdə mədəni, siyasi və sosial sahədə müxtəlif tədbirlər keçirilir.  İlk dəfə "Gənclər paytaxtı" adlı müsabiqəsi 2009-cu ildən keçirilib. Həmin titulu ilk dəfə Hollandiyanın Roterdam şəhəri qazanıb. İtaliyanin Turin şəhəri, Belçikanin Antverpen, Portuqaliyanin Braqa şəhəri olub. 2013-cü il Avropa Gənclər Paytaxtı Sloveniyanın Maribor şəhəri, 2014-cü ildə isə Yunanıstanın Saloniki şəhəri seçilib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib
Cəmiyyət 17:30
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib
Bakıda yağış intensivləşəcək - Xəbərdarlıq
Cəmiyyət 16:45
Bakıda yağış intensivləşəcək - Xəbərdarlıq
Mikayılov: Bakının su-kanalizasiya infrastrukturu əhali artımı fonunda köhnəlib
Cəmiyyət 16:33
Mikayılov: Bakının su-kanalizasiya infrastrukturu əhali artımı fonunda köhnəlib
Sabah Şirvanda 4700-dən çox abonent qazsız qalacaq
Cəmiyyət 16:10
Sabah Şirvanda 4700-dən çox abonent qazsız qalacaq
Dənizə axıdılan sular 100 faiz təmizlənməlidir - Prezident
Cəmiyyət 15:36
Dənizə axıdılan sular 100 faiz təmizlənməlidir - Prezident
Bakıda iki narkokuryer saxlanılıb
Cəmiyyət 14:37
Bakıda iki narkokuryer saxlanılıb
Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşüb
Cəmiyyət 14:26
Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşüb
Bu liseydə rus dilində tədris dayandırılır
Cəmiyyət 13:54
Bu liseydə rus dilində tədris dayandırılır
Ötən il 13 subay şəxs övladlığa uşaq götürüb
Cəmiyyət 13:45
Ötən il 13 subay şəxs övladlığa uşaq götürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol