• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Bakıda "Alimlər şəhərciyi" salına bilər

Bakıda "Alimlər şəhərciyi" salına bilər
20.11.2013 22:42
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) qarşıdakı illərdə fəaliyyətinə dair bir sıra təşəbbüslər irəli sürür.Anspress xəbər verir ki, AMEA-nın 2015-ci ildə 70 illik yubileyi ilə əlaqədar tədbirlər planı çərçivəsində kadr hazırlığı üzrə dövlət proqramının qəbul edilməsi, AMEA-nın nəzdində universitet və gənc istedadlar liseyinin yaradılması, innovasiya xarakterli elmi-tədqiqat işlərinin kommersiyalaşdırılması məqsədilə texnoparkın tikintisi, “Alimlər şəhərciyi”nin salınması və digər məsələlər nəzərdə tutulur. Tədbirlər planı noyabr ayının 20-də Akademiyanın Rəyasət Heyətinin iclasında təsdiq olunub. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək bildirmişdir ki, 70 illiyin təntənəli qeyd olunması üçün dövlət qarşısında vəsatət qaldırılacaq. O, xarici ölkələrdən alim və mütəxəssislərin yubiley mərasiminə dəvət olunmasını, beynəlxalq və respublika səviyyəli tədbirlərin təşkilini zəruri hesab edib. İclasda AMEA-nın akademik-katibi, müxbir üzv Rasim Əliquliyev əlavə etmişdir ki, 2015-ci ilin respublikada “Elm ili” elan olunması və Bakının küçələrindən birinə “Elmlər Akademiyası” adının verilməsi barədə ölkə rəhbərliyinə müraciət olunacaq. Yubileyə həsr olunan kitabın və "AMEA-nın prezidentləri" adlı kitabın nəşri, “AMEA-70” medalının hazırlanması, “Akademiya şəhərciyi”ndə Rəyasət Heyəti üçün binanın rekonstruksiyası, əməkdaşlar üçün tibbi sığorta, poliklinika, müalicə-istirahət kompleksi, regionlarda idman-sağlamlıq və istirahət mərkəzlərinin təşkili də tədbirlər planına daxildir. Akademiyanın keçdiyi inkişaf yolunu əks etdirən sənədli filmin çəkilməsi, regionlarda sərgilərin təşkili də qarşıda duran məsələlərdəndir.Bundan əlavə, AMEA əməkdaşlarının “xüsusi dövlət qulluqçuları” kateqoriyasına aid edilməsi, məvaciblərinin orta aylıq əmək haqqı səviyyəsinə qaldırılması, mənzil və iş şəraitlərinin yaxşılaşdırılması, həvəsləndirici müsabiqələrin təşkili, həmçinin mükafatların verilməsi də tədbirlər planında öz əksini tapıb. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib
Cəmiyyət 17:30
Şirvanda 14 yaşlı qız dəm qazından zəhərlənib
Bakıda yağış intensivləşəcək - Xəbərdarlıq
Cəmiyyət 16:45
Bakıda yağış intensivləşəcək - Xəbərdarlıq
Mikayılov: Bakının su-kanalizasiya infrastrukturu əhali artımı fonunda köhnəlib
Cəmiyyət 16:33
Mikayılov: Bakının su-kanalizasiya infrastrukturu əhali artımı fonunda köhnəlib
Sabah Şirvanda 4700-dən çox abonent qazsız qalacaq
Cəmiyyət 16:10
Sabah Şirvanda 4700-dən çox abonent qazsız qalacaq
Dənizə axıdılan sular 100 faiz təmizlənməlidir - Prezident
Cəmiyyət 15:36
Dənizə axıdılan sular 100 faiz təmizlənməlidir - Prezident
Bakıda iki narkokuryer saxlanılıb
Cəmiyyət 14:37
Bakıda iki narkokuryer saxlanılıb
Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşüb
Cəmiyyət 14:26
Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşüb
Bu liseydə rus dilində tədris dayandırılır
Cəmiyyət 13:54
Bu liseydə rus dilində tədris dayandırılır
Ötən il 13 subay şəxs övladlığa uşaq götürüb
Cəmiyyət 13:45
Ötən il 13 subay şəxs övladlığa uşaq götürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol