• $ 1.7
  • € 1.9588
  • ₽ 0.021656
  • ₺ 0.0429
  • £ 2.2867

“Rafiq Tağıya axrıncı dəfə iynə vuran kimdir?” - İDDİA

“Rafiq Tağıya axrıncı dəfə iynə vuran kimdir?” - İDDİA
28.05.2020 19:24

  

“Rafiq Tağıya axrıncı dəfə iynə vuran xanımın tapılmasını, kimliyini soruşuruq. Çünki Rafiq xəstəxanadaykən üç gün ərzində biz onu görməmişdik, birdən-birə göydən enmiş kimi, gəldi iynəni vurdu və qeyb oldu”. 

Bu sözləri yazar, tənqidçi publisist Rafiq Tağının qardaşı İlqar Tağı mərhumun ölümün ikinci ildönümü münasibətilə “Azadlıq” radiosunun “Pen klub” verilişində müzakirələrdə çıxış edərkən deyib.

İlqar Tağı bildirib ki, qardaşının ölümünün araşdırılması məqsədilə prezidentə dörd dəfə müraciət ediblər: “Səbəb də istintaq orqanından narazılığımızdır. İki il ərzində heç bir nəticə əldə edilməyib. Həkimlər məsuliyyətdən uzaqlaşdırılıb. Bir sıra vəsatətlərimizə cavab verilməyib. İstintaq zamanı toplanan materiallar arasında elə məqamlar var ki, bizə bildirilmir. Tutaq ki, həkimlərin fəaliyyəti ilə bağlı sorğu edirik, Rafiq Tağıya axrıncı dəfə iynə vuran xanımın tapılmasını, kimliyini soruşuruq. Çünki Rafiq xəstəxanadaykən üç gün ərzində biz onu görməmişdik, birdən-birə göydən enmiş kimi, gəldi iynəni vurdu və qeyb oldu. Orda əvvəl görmədiyimiz, tamam başqa bir adam idi. Heç vurduğu iynənin tərkibini də görməmişik. Sonra başqa adamlar var ki, onların verdiyi ifadələrlə tanış olmaq istəyirik etmirlər”.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
Cəmiyyət 12:25
Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
DİM hazırladığı sualların kefiyyətindən narazı deyilik - Nazir
Cəmiyyət 12:15
DİM hazırladığı sualların kefiyyətindən narazı deyilik - Nazir

Sertifikasiya üzrə test imtahanına bu gün 6142 müəllim dəvət olunub
Cəmiyyət 11:29
Sertifikasiya üzrə test imtahanına bu gün 6142 müəllim dəvət olunub
Ötən gün bank kartlarından oğurlanan vəsait açıqlanıb
Cəmiyyət 11:14
Ötən gün bank kartlarından oğurlanan vəsait açıqlanıb
300-dən çox məzun dünyanın top 10 universitetinə qəbul olub
Cəmiyyət 10:50
300-dən çox məzun dünyanın top 10 universitetinə qəbul olub
Bu il bir neçə bölgədə yeni liseylər açılacaq - Nazir
Cəmiyyət 10:44
Bu il bir neçə bölgədə yeni liseylər açılacaq - Nazir


Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
Cəmiyyət 10:28
Dəmiryolu stansiyalarında turizm məlumat məntəqələri quraşdırılacaq
Təhsildə islahatların nəticələrini 2-3 ilə gözləmək doğru deyil - MÜSAHİBƏ
Cəmiyyət 10:00
Təhsildə islahatların nəticələrini 2-3 ilə gözləmək doğru deyil - MÜSAHİBƏ

Son 20 il ərzində Azərbaycanın energetika sistemi demək olar sıfırdan qurulub- Prezident
Cəmiyyət 09:59
Son 20 il ərzində Azərbaycanın energetika sistemi demək olar sıfırdan qurulub- Prezident
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol