• $
  • £

Bakıda Azərbaycan alimlərinin I qurultayı keçiriləcək

Bakıda Azərbaycan alimlərinin I qurultayı keçiriləcək
29.05.2020 05:41
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə ilə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimov görüşüb.Gün.Az xəbər verir ki, AMEA-nın Rəyasət Heyətində keçirilmiş görüşdə Azərbaycan alimlərinin I qurultayının birgə təşkili ilə bağlı müzakirə aparılıb.Söhbət zamanı A.Əlizadə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimlərlə qarşılıqlı əlaqələrin gücləndirilməsi və müxtəlif elmi-innovativ təşəbbüslərin əlaqələndirilməsi baxımından qurultayın keçirilməsinin zəruriyyətindən danışıb. O bildirib ki, dövlət ölkədə elmin innovativ inkişafına və beynəlxalq elmi cəmiyyətə inteqrasiyasına böyük qayğı göstərir. Ölkə rəhbərliyinin bu istiqamətdə siyasəti AMEA qarşısında müəyyən vəzifələr qoyur. Akademiyanın qurultayla bağlı təşəbbüsü məhz həmin vəzifələrin icrası ilə əlaqədardır.N.İbrahimov AMEA rəhbərliyinin təşəbbüsünü yüksək qiymətləndirərək qurultayın təşkilinin önəmliyini vurğulayıb. O, komitənin dünya azərbaycanlıları ilə iş üzrə təcrübəsinə əsaslanaraq qeyd edib  ki, qurultayın təşkili çərçivəsində müvafiq ictimai birliyin təsis olunması məqsədəuyğundur. Bu, dünyadakı alim soydaşlarımızın təşkilatlanması üçün də faydalı ola bilər.Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov və DİDK aparatının rəhbəri Nəriman Qurbanov da iştirak ediblər. Qurultayın dövlət səviyyəsində təşkili məqsədi ilə ölkə rəhbərliyinə müraciət etmək nəzərdə tutulur. 2014-cü il aprel ayının ortalarında keçirilməsi nəzərdə tutulan tədbirə xarici ölkələrdən 200-ə yaxın azərbaycanlı alimin cəlb olunması fikri irəli sürülüb.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:27
Sabahın hava proqnozu açıqlanıb
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək
Cəmiyyət 12:25
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib
Cəmiyyət 12:14
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib
Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salınıb
Cəmiyyət 12:01
Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salınıb
Salyanda 4 yaşlı uşaq su quyusuna düşərək ölüb
Cəmiyyət 11:30
Salyanda 4 yaşlı uşaq su quyusuna düşərək ölüb
Bərdədə minik və yük avtomobilləri toqquşub, ölən var
Cəmiyyət 10:58
Bərdədə minik və yük avtomobilləri toqquşub, ölən var
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
Cəmiyyət 10:40
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
WUF13-də təxminən 15 min iştirakçı qeydiyyatdan keçib
Cəmiyyət 09:32
WUF13-də təxminən 15 min iştirakçı qeydiyyatdan keçib
Binəqədidə yaşayış binasında yanğın baş verib
Cəmiyyət 09:09
Binəqədidə yaşayış binasında yanğın baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol