• $
  • £

Moskvada Azərbaycan diasporunun rəhbəri güllələndi

Moskvada Azərbaycan diasporunun rəhbəri güllələndi
13.11.2013 10:04
Moskvada Rusiya Miqrantlar Federasiyasının prezidentinin müavini Mais Qurbanova sui-qəsd törədilib. 
APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Mais Qurbanova travmatik silahdan atəş yaşadığı evin qarşısında açılıb. Qurbanov ona qarşı törədilən sui-qəsdi  ictimai fəaliyyəti ilə əlaqələndirir. Rusiya Miqrantar Federasiyasının vitse-prezidenti Mais Qurbanovun evinin girişində quraşdırılmış müşahidə kamerası ona tapançadan atəş açan qadını qeydə alıb.
APA-nın  "Life News”-a istinadən verdiyi xəbərə görə, videogörüntüdə Mais Qurbanovun Moskvanın Novokosino rayonunda yaşadığı binanın giriş qapısına yaxınlaşdığı əks olunub.  Bu zaman arxa planda sürətlə yeriyən slavyan görünüşlü qadın tapançadan atəş açaraq, dərhal hadisə yerini tərk edir.   
 
Güllə yarası almış və nə baş verdiyini anlamayan Mais Qurbanov atəş açılandan dərhal sonra arxaya dönüb cinayətkara baxır və həmin an əks istiqamətə qaçır.   
 
Qurbanovun hadisədən sonra verdiyi açıqlamaya əsasən, ona hücum edən şəxslər heç bir söz demədən və hər hansı bir şüar səsləmədən atəş açaraq sakitcə hadisə yerini tərk ediblər.     
 
Mais Qurbanov isə özünü yaxınlıqdakı kafeyə çatdıraraq "təcili yardım”ın çağırılmasını xahiş edib.
 
Yaralı xəstəxanaya çatdırılıb və  əməliyyat olunub.
 
Mais Qurbanov ona qarşı törədilən sui-qəsdin ictimai fəaliyyəti ilə bağlı olduğunu istisna etmir.
 
"Biz mütəmadi olaraq telefon vasitəsilə təhdidlərə məruz qalırıq, lakin konkret olaraq mənim ünvanıma heç bir məlumat daxil olmamışdı. İki il əvvəl mənim oğlum hücuma məruz qalmışdı, lakin o zaman polis cinayət işi açmaqdan imtina etmişdi”, deyə Mais Qurbanov əlavə edib.      
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zori Balayan ölüb
Dünya 10:40
Zori Balayan ölüb
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
Dünya 10:30
İrandan Azərbaycana indiyədək 3 297 şəxs təxliyə olunub
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Dünya 09:05
ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas edib
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Dünya 23:51
Avstraliya sahillərində 6 maqnitudalı zəlzələ baş verib
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
Dünya 21:45
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
Qasım Süleymaninin qardaşı qızı övladı ilə birgə ABŞ-də həbs edilib
Dünya 19:30
Qasım Süleymaninin qardaşı qızı övladı ilə birgə ABŞ-də həbs edilib
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
Dünya 18:29
İran İsrailin Ben-Qurion hava limanına hücum edib
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
Dünya 16:40
İstanbulda Ərdoğan və Zelenski arasında görüş başlayıb
İran Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə hücum edib
Dünya 16:33
İran Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol