• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Nidaçı təcridxanada cəzalandırılıb

Nidaçı təcridxanada cəzalandırılıb
28.11.2014 22:59
NİDA Vətəndaş hərəkatının həbsdə olan üzvüİlkin Rüstəmzadə saxlandığı Kürdəxanı təcridxanasında cəzalandırılıb. Bu haqda AzadlıqRadiosuna məlumat verən vəkil Xalid Bağırov İlkin Rüstəmzadənin bir neçə gündür xüsusi kamerada saxlandığını bildirib:"Noyabrın 27-si İlkinlə görüşdüm. Dörd gündür ki, karserdə saxlanır. Mediada "İnsan Hüquqları üzrə Birgə Qrup”un fəaliyyətini pisləyən yazı ilə çıxış edib. Bu yazıdan sonra onun qaldığı kamerada axtarış aparılıb. Çörək doğramaq üçün istifadə edilən bıçağı qeyri-qanuni saxlanan kəsici alət kimi qələmə verərək onu yeddi gün müddətinə karserə salıblar”.İlkin Rüstəmzadə ötən ilin aprel 7-də "Nida”çı gənclərlə birgə həbs olunub. Gənclər əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli bilinirlər.

İlkin Rüstəmzadəyə 8 il həbs cəzası verilib.

 

ANN.Az

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Anar Əliyev nazir təyin olunub - Sərəncam
15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Nidaçı təcridxanada cəzalandırılıb
22:59
Nidaçı təcridxanada cəzalandırılıb
Azərbaycan daha bir ölkədə səfirlik açır - SƏRƏNCAM
21:00
Azərbaycan daha bir ölkədə səfirlik açır - SƏRƏNCAM
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol