• $
  • £

Xaricdə təhsil almış şəxslərə - Şad xəbər

Xaricdə təhsil almış şəxslərə - Şad xəbər
29.05.2020 03:35
İqtisadiyyat və Sənaye Nazirliyi müraciətləri elektron qaydada qəbul edəcək, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ehtiyat kadrlar siyahısı yaradacaq

İqtisadiyyat və Sənaye Nazirliyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil almış şəxslərin qeydiyyata alınması və onların müsabiqədən kənar dövlət qulluğuna qəbul edilmələri məqsədilə müraciətlərin və sənədlərin qəbulu üzrə inzibati reqlament hazırlayıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, ictimai müzakirəyə çıxarılmış reqlament layihəsinə əsasən, İqtisadiyyat və Sənaye Nazirliyi  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” (Dövlət Proqramı) çərçivəsində xaricdə təhsil almış şəxslərin qeydiyyata alınması və onların müsabiqədən kənar dövlət qulluğuna qəbul edilmələri məqsədilə müraciətlərin və sənədlərin qəbulu” elektron xidməti yaradacaq və bu elektron xilmət "e-gov.az” və "economy.gov.az/e-xidmetler” saytlarında təqdim olunacaq.

Elektron xidmətin nəticəsində  Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin qeydiyyata alınması və onların müsabiqədən kənar dövlət qulluğuna qəbul edilmələri məqsədilə ehtiyat kadrlar siyahısına daxil edilmələri üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edilməsi nəzərdə tutulub. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin skan edilmiş surəti elektron formada təqdim olunacaq. Bu sənədlərin siyahısına ehtiyat kadrlar siyahısına daxil edilmək üçün köməklik edilməsi barədə iqtisadiyyat və sənaye nazirinin adına yazılmış ərizə, şəxsiyyəti təsdiq edən sənədin, xaricdə təhsilin nəticəsi olaraq verilmiş sənədin (diplomun), əmək kitabçasının  (olduğu təqdirdə), ixtisas dərəcəsini təsdiq edən sənədin (olduğu təqdirdə), sağlamlıq haqqında arayışın və Təhsil Nazirliyi tərəfindən verilmiş və Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almanı təsdiq edən müvafiq arayışın skan edilmiş surətləri,  kadrlar uçotunun şəxsi vərəqəsi,  "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar”na uyğun olaraq Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamələr daxildir.
 
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Cəmiyyət 21:43
Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 21:00
Ramazanın iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Cəmiyyət 20:30
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma - Video
Tiktoker "Qarabəy" həbs edildi
Cəmiyyət 20:26
Tiktoker "Qarabəy" həbs edildi
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:48
Binəqədidəki yanğın söndürülüb - Yenilənib
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Cəmiyyət 18:47
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:18
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib
Cəmiyyət 18:11
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
Cəmiyyət 17:57
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol