İŞİD bir milyona cəsəd satır

"İraq və Şam İslam Dövləti” terror təşkilatının yaraqlıları edam etdikləri amerikalı jurnalist Ceyms Foulinin cəsədini bir milyona satmaq niyyətindədir.
ANN.Az AzVision.az-a istinadən xəbər verir, məlumata əsasən hazırda cəsədlərin satılması halları İŞİD terrorçuları arasında geniş yayılıb.
Qeyd edək ki, jurnalist Ceyms Fouli bu ilin avqust ayının 20-də edam edilib. Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə "İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər