Dünyanın ən gözəl qızı seçildi - Foto+Video
            
                "Dünyanın ən gözəl qızı" seçildi. 
ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu ada Rolene Strauss layiq görülüb. O, cənubi Afrikanın təmsilçisi olub. 22 yaşlı Rolena tələbədir.
Tacın yeni sahibi olan gözəl həkim olmaq arzusundadır. Boş vaxtlarında o qolf oynayır, velosiped sürür, kitab oxuyur. Rolena piano, fleyta, gitara da çala bilir. İlki 63 il öncə İngiltərənin paytatı Londonda keçirilən Dünya gözəllik yarışmasının 64-cüsü də Londonda baş tutub. İkinci Macarıstandan olan gözəl Edina Kulcsar, üçüncü isə amerikalı Elizabet Safrit olub. Ümumilikdə isə müsabiqədə 122 ölkədən olan gözəllər iştirak edib.
 
ANN.Az