Bakıda gəlinin arzusu neçəyə başa gəlir? - MÜSAHİBƏ+VİDEO
![Bakıda gəlinin arzusu neçəyə başa gəlir? - MÜSAHİBƏ+VİDEO Bakıda gəlinin arzusu neçəyə başa gəlir? - MÜSAHİBƏ+VİDEO](https://anews.az/photo/850x500/2014-12/1418637776_1.jpg)
"Bizim brendlər" rubrikasının növbəti qonağı yerli modelyer Günel Behbudovadır. Gənc olmasına baxmayaraq, Günel moda sahəsində artıq öz sözünü deyib. Hazırda onun iki butiki var, onlardan birində gecə paltarları, digərində isə gəlinlik paltarları satılır. Günel modadan başqa, rəssamlıqla da məşğul olur və qiymətli daş-qaşla bəzədilmiş orijinal rəsm əsərləri çəkir.
Gənc dizaynerin planları çox ambisiyalıdır: Günel ölkəmizi beynəlxalq feşn arenada təmsil etmək niyyətindədir. Öz arzuları və gələcək layihələri barədə fikirləri barədə o, ANN.Az-ın müxbirinə həvəslə danışdı.
Müəllif: Ləman Namazova
Operator: Aynur Məmmədova
ANN.Az