• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Azərbaycanda ən çox və ən az maaş alanlar

Azərbaycanda ən çox və ən az maaş alanlar
29.05.2020 09:01
Azərbaycanda neftçilərin maaşı həkimlərdən 9 dəfə, müəllimlərdən 6 dəfə artıqdır.

Komitənin məlumatına görə, Azərbaycan ən yüksək maaş alanlar mədənçıxarmə sənayesində işləyənlərdir. Neft-qaz işçilərinin orta aylıq əmək haqqı 1717 manatdır. Səhiyyə sahəsində çalışanların orta əmək haqqı isə bundan 8,8 dəfə az, yəni 195 manat təşkil edir.

Əmək haqqının həcminə görə, ikinci yeri bank-sığorta işçiləri tutur. Maliyyə-sığorta sahəsində çalışanların orta aylıq əmək haqqı 1172 manatdır və bu, ölkə üzrə orta orta göstəricini təxminən 2,7 dəfə üstələyir. Əmək haqqının həcminə görə, sonrakı yerləri informasiya və rabitə işçiləri (736 manat), peşə, elmi və texniki fəaliyyətlə məşğul olanlar (657 manat) və tikintidə çalışanlar (626 manat) tutur.

Azərbaycanda ən az maaş alanlar isə səhiyyə işçiləri və sosial xidmətlərin göstərilməsi ilə məşğul olanlardır. Bu təbəqə ayda cəmi 195 manat qazanır. Orta maaş göstəricisi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 238 manat, istirahət, əyləncə və incəsənət sahəsində 249 manat, təhsil sahəsində 297 manat, daşınmaz əmlak sektorunda 319 manatdır.  Dövlət idarələrində, müdafiə, sosial təminat sahəsində işləyənlərin orta aylıq əmək haqqı isə 475 manatdır. //fins.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
“Rusiya bu cür təkliflərlə ajiotaj yaradıb, yeni SSRİ qurmaq niyyətindədir” - EKSPERT
11:52
“Rusiya bu cür təkliflərlə ajiotaj yaradıb, yeni SSRİ qurmaq niyyətindədir” - EKSPERT
Azərbaycanda maliyyə ombudsmanı institutunun yaradılması hansı effekti verə bilər? - AÇIQLAMA
11:26
Azərbaycanda maliyyə ombudsmanı institutunun yaradılması hansı effekti verə bilər? - AÇIQLAMA
Türk iş adamı: “Neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına pozitiv təsir göstərəcək” - MÜSAHİBƏ
10:40
Türk iş adamı: “Neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına pozitiv təsir göstərəcək” - MÜSAHİBƏ
Kənan Yavuz: Bu Türkiyədə ən böyük üçüncü liman olacaq - FOTOLAR
09:23
Kənan Yavuz: Bu Türkiyədə ən böyük üçüncü liman olacaq - FOTOLAR
Azərbaycanda ən çox və ən az maaş alanlar
09:01
Azərbaycanda ən çox və ən az maaş alanlar
“Bu fərman ucuzlaşmaya səbəb olacaq” - AÇIQLAMALAR
08:44
“Bu fərman ucuzlaşmaya səbəb olacaq” - AÇIQLAMALAR
08:44
"Bu fərman sahibkarlara öz hüquqları olduğunu xatırlatdı" - AÇIQLAMALAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol