İranla "uran müzakirələri" yenidən gündəmdə

İran ilə 5 + 1 ölkələri arasındakı uranla bağlı müzakirələrin yenidən başlandığı bildirilir.
ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya arasında İranın nüvə proqramı haqqında aparılan müzakirələrin yeni raundu İsveçrənin Cenevrə şəhərində başlayıb.
Müzakirələr çərçivəsində İran xarici işlər nazirinin müavini Abbas Əraqçi və ABŞ xarici işlər nazirinin müavininin vəkili Wendy Sherman başçılıq etdiyi heyətlər bazar ertəsi və çərşənbə axşamı günləri ikitərəfli danışıqlar reallaşdırıb. Görüşlərlə əlaqədar başqa açılama verilməyib.
Qeyd edək ki, İran ilə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa ilə Almaniyanın meydana gətirdiyi 5 + 1 qrupu arasında aparılan və son turu Vyanada baş tutan "nüvə müzakirələri"ndə razılaşma əldə olunmamış, razılaşma üçün hədəflənən tarix 1 iyul 2015-ci ilə qədər uzadılmışdı.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər