• $
  • £

"Xəzər Lənkəran"da yeni baş məşqçi

29.05.2020 05:29
"Xəzər Lənkəran" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

ANN.Az "Report"a istinadən xəbər verir ki, klubun əvəzedici heyətinə rəhbərlik edən Elbrus Məmmədov əsas komandanın sükanı arxasına keçib.

Yeni vəzifədə o, öz istəyi ilə istefa vermiş Oğuz Çətini əvəzləyib. E.Məmmədov açıqlamasında məlumatı təsdiqləyib: "Bu gün klub prezidenti Mais Mənsimovla görüşümüz oldu. Görüşdə yeni komanda qurmaq, gəncləşdirmə siyasətindən danışıldı. Əsas öz yetirmələrimizə üstün verəcəyik. Bəlkə mənim rəhbərliyim altında əvəzedicidən gələn futbolçularımız özlərini doğrulda biləcək. Hələ ki, əvvəlki müqavilə ilə işləyirəm və onun da bitməsinə 2 il var. Fikrimcə, yerimdə kim olsa, müqaviləyə tələsməz".

Yerli mütəxəssis heyətdə dəyişikliyin olacağını və bu məsələyə bir neçə gündən sonra aydınlıq gələcəyini söyləyib: "Yeni bir komanda yaradacağıq. Heyətdə dəyişikliklər olacaq və 3 legioner qalacaq. Biz sabahın komandasını qurmağa çalışacağıq. Komandanın idman direktoru Yunis Hüseynov da mənə yeni işimdə kömək edəcək. Bir neçə gündən sonra hər şeyə aydınlıq gələcək".

Qeyd edək ki, "Xəzər Lənkəran"ın türkiyəli çalışdırıcısı Oğuz Çətin dünən rəhbərliyə istefa verdiyini bildirib və komandanı tərk edib.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
İdman 10:00
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
"Qarabağ" 8700 manat cərimələnib
İdman 16:00
"Qarabağ" 8700 manat cərimələnib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Ötən il 71 beynəxalq yarış keçirilib - Nazirlik rəsmisi
İdman 11:25
Ötən il 71 beynəxalq yarış keçirilib - Nazirlik rəsmisi
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib
İdman 00:17
"Nyukasl" "Qarabağ"ın qapısından 2 dəqiqəyə 2 qol keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol