• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Yeni avtobuslar sabahdan istismara buraxılacaq - Video

Yeni avtobuslar sabahdan istismara buraxılacaq - Video
29.05.2020 06:35
2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxta gətirilən yeni avtobuslar sabahdan sərnişinlərə xidmət göstərəcək.

Hazırda Bakıda olan 50 ədəd Türkiyə istehsalı olan "İsuzu” markalı avtobusun hələlik 25-i istismara veriləcək.

ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə çəlumatı Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib. O deyib ki, avtobuslar 65 saylı xətt marşrutu üzrə (9-cu mikrorayondan "Azneft” meydanı istiqamətində) hərəkət edəcək.

"Bakıya bu cür texniki vasitələr ilk dəfədir gətirilir. Bu ictimai nəqliyyat vasitələrində sərnişinlərin həm rahatlığını, həm də təhlükəsizliyini nəzərə alınıb. Belə ki, avtobuslarda kondisioner, kamera, kompyuter sistemi quraşdırılıb. Sərnişinlər bu sistem sayəsində qarşıdakı avtobusların marşrutunu da əvvəlcədən öyrənə biləcəklər. Fiziki imkanları məhdud şəxslərin və uşaq arabalarının avtobusa mindirilib-düşürülməsini rahat etmək üçün xüsusi panduslar quraşdırılıb. Avtobusdan uşaqlar, ahıllar, fiziki imkanları məhdud şəxslər, habelə ev heyvanları üçün xüsusi hissə var. Xüsusi şüşələr sərnişinləri günəş şüalarından qoruma qabiliyyətinə malikdir”, - deyə Ə. Cəfərov qeyd edib.

Qeyd edək ki, üçqapılı avtobuslar 5 il müddətinə lizinqlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir. Avtobusları Azərbaycana gətirən özəl şirkət ümumilikdə 200 avtobusun gətirilməsini nəzərdə tutur. Qalan 150 avtobus isə 2015-ci ildə gətiriləcək.
 
 
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şad xəbər: tikinti materialları sürətlə ucuzlaşır - VİDEO
06:45
Şad xəbər: tikinti materialları sürətlə ucuzlaşır - VİDEO
Bakı metrosunda yenilik - VİDEO
Qaynari.nfo 06:45
Bakı metrosunda yenilik - VİDEO
Metroda bərpa olunan köşklərdə nələr satılacaq? - Video
06:44
Metroda bərpa olunan köşklərdə nələr satılacaq? - Video
Azərbaycanın istehsal etdiyi hərbi maşın - VİDEO
Qaynari.nfo 06:44
Azərbaycanın istehsal etdiyi hərbi maşın - VİDEO
Bakı sakinlərinə şad xəbər - Video
06:38
Bakı sakinlərinə şad xəbər - Video
Avtobusların iş vaxtı artırla bilər - Video
06:37
Avtobusların iş vaxtı artırla bilər - Video
Yeni avtobuslar sabahdan istismara buraxılacaq - Video
06:35
Yeni avtobuslar sabahdan istismara buraxılacaq - Video
Kənan Yavuz:
04:42
Kənan Yavuz: "Xaricdəki sərmayələr SOCAR-ı qlobal şirkətə çevirəcək" - VİDEO+FOTOLAR
Bakı metrosunda təşviş
23:22
Bakı metrosunda təşviş
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol