• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Nazirlik müharibə əlillərini sevindirdi - Fotolar

Nazirlik müharibə əlillərini sevindirdi - Fotolar
29.05.2020 06:12
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 2014-cü ilədək növbəyə dayanmış 1435 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsin minik avtomobilləri ilə təminatını cari ilin ötən dövründə başa çatdırıb.
 
Nazirlikdən bildirilib ki, dekabrın 24-də isə ƏƏSMN tərəfindən artıq 2014-cü ildə növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatına başlanıb. Bu təbəqədən olan 67 nəfərə, habelə 2014-cü ilədək növbəyə dayansa da, obyektiv səbəblərdən gəlib avtomobili qəbul edə bilməmiş 10 nəfərə "Naz-Lifan" markalı minik avtomobilləri təqdim edilib. Avtomobillərin təqdim olunması zamanı əlilliyi olan şəxslərə Prezident qayğısından söz açılıb, onlara ödənilən sosial müavinətlərin orta aylıq məbləğinin 2004-cü illə müqayisədə ötən dövrdə 8,1 dəfə artırıldığı bildirilib. Qeyd olunub ki, bu insanların və ümumən sosial cəhətdən həssas digər əhali kateqoriyalarının sosial müdafiəsinin daha da gücləndirilməsi üçün təkcə son bir ildə dövlət başçısı tərəfindən ümumilikdə 10-dan çox fərman və sərəncam imzalanıb. Həmin sənədlərə əsasən,  müharibə əlilləri  və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb. Həmçinin əmək pensiyası almaq hüququ olmayan ümumi səbəbdən I qrup əlil şəxslərə sosial müavinətdən əlavə ayda 60 manat məbləğində Prezident təqaüdünün, habelə müharibə əlilləri və şəhid ailələrinin ödənişli ali və orta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsinə başlanılıb. Bu ilin ötən dövründə ölkəmizin müxtəlif bölgələrində 172 nəfər müharibə əlili və şəhid ailəsinə yeni mənzillər verilib.

Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli sərəncamına əsasən,  2014-cü il yanvar aynın 1-dək yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanmış 5731 nəfər  müharibə əlili və şəhid ailəsi 2014-2018-ci illər ərzində mənzil və ya fərdi evlə təmin ediləcək. Artıq bu istiqamətdə aparılan işlər çərçivəsində ilkin mərhələ kimi 52 rayonda 353 ədəd fərdi ev inşa olunur. Həmçinin yaxın günlərdə ölkənin 5 şəhərində çoxmənzilli yaşayış binalarından hazır mənzillərin alınaraq qeyd olunan təbəqələrdən olanlara verilməsinə başlanacaq.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda konfet sexindən iyrənc görüntülər - Fotolar
09:26
Azərbaycanda konfet sexindən iyrənc görüntülər - Fotolar
Dəmir yolu vağzalı yenilənir - Fotolar
08:53
Dəmir yolu vağzalı yenilənir - Fotolar
Sürücülərə şad xəbər - Fotolar
08:43
Sürücülərə şad xəbər - Fotolar
Gələn ay Bakıda yeni yol açılacaq - Fotolar
08:40
Gələn ay Bakıda yeni yol açılacaq - Fotolar
Bakıda fantastik qiymətə yolka - FOTOLAR
06:12
Bakıda fantastik qiymətə yolka - FOTOLAR
Nazirlik müharibə əlillərini sevindirdi - Fotolar
06:12
Nazirlik müharibə əlillərini sevindirdi - Fotolar
Bakıda dənizin içində gənclər mərkəzi tikilir - Fotolar
06:10
Bakıda dənizin içində gənclər mərkəzi tikilir - Fotolar
Sürücülərin nəzərinə: bu yolda təmir 3-4 günə yekunlaşır
06:10
Sürücülərin nəzərinə: bu yolda təmir 3-4 günə yekunlaşır
İlham Əliyev yeni metro qatarları ilə tanış oldu - Video+Fotolar
Qaynari.nfo 06:10
İlham Əliyev yeni metro qatarları ilə tanış oldu - Video+Fotolar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol