• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Azərbaycanda 5 bank bağlanır - Ekspert

Azərbaycanda 5 bank bağlanır - Ekspert
29.05.2020 11:51
Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarının kapitallaşmasının artırılması ilə bağlı qoyduğu müddətə cəmi bir neçə gün qalıb. Belə ki, 2015-ci ilin yanvarın 1-dək nizamnamə və məcmu kapitalı 50 milyon manata çatdırılmayan bank bazarı ya tərk edəcək, ya da digər bankla birləşdiriləcək. Hazırda ölkəmizdə fəaliyyət göstərən 6 bank üçün bağlanma təhlükəsi yaranıb.

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bununla bağlı iqtisadçı-ekspert Vüqar Bayramov açıqlamasında bildirib ki, məcmuə kapitalının 5 dəfə artırılması və 10 milyon manatın 50 milyona çatdırılması Mərkəzi Bankın əsas tələblərindən biridir. Onun sözlərinə görə, bankların yarısı ötən il bu tələbə əməl edə bilməyib və Mərkəzi Bank həmin müddətin 1 il uzadılması barədə qərar qəbul edib:

"Güman olunur ki, Mərkəzi Bank bu dəfə məcmuə kapitalı ilə bağlı öhdəlikləri uzatmayacaq. Bu da onunla bağlıdır ki, bankların bir çoxu məcmuə kapitalı ilə bağlı öhdəliklərə əməl edib. Hazırda 6 bankın məcmuə kapitalını 50 milyona çatdırması ilə bağlı problemi var. Həmin banklardan biri birləşmə və əlavə vəsaitlərlə bağlı danışıqlar aparır. Yaxın vaxtlarda həmin bankın taleyinə aydınlıq gələcək. Həmin bank birləşə bilsə və ya əlavə vəsait cəlb edə bilsə, müflis olmayacaq. Amma 5 bank artıq müflisləşmə ərəfəsindədir. Onlar faktiki olaraq fəaliyyətini davam etdirə bilmiyəcək”.

Ekspert bildirib ki, qanunvericilik imkan vermir ki, həmin bankların adı çəkilsin: "Bağlanacaq bankların adının mətbuatda qeyd olunması arzuolunan deyil. Onların adının çəkilməsi bütövlükdə bank sektoruna olan inamın azalmasına gətirib çıxarır. Yaxşı olar ki, vətəndaşlar əmanəti olan bankların internet səhifələrinə mütəmadi olaraq daxil olsunlar. Onlar mütəmadi olaraq bankların məcmuə kapitalının həcmi ilə maraqlana bilərlər”.

V.Bayramov qeyd edib ki, indiki halda 5 bankın müflis olması gözlənilir: "Artıq həmin bankları qorumaq praktiki olaraq mümkün deyil. Həmin bankların məcmuə kapitalı olduqca aşağıdır. Həmin bankların yaxın vaxtlarda məcmuə kapitalını 50 milyon manata kimi artırması mümkün olmayacaq. Məcmuə kapitalının artırılması ilə bağlı addım Azərbaycan bank sektorunda fəaliyyət göstərən bankların 11 faizinin müflis olmasına səbəb olacaq. Təbii ki, bu da kifayət qədər ciddi rəqəm hesab olunur”.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Dünyada ən sağlam insanlar harada yaşayır?
12:08
Dünyada ən sağlam insanlar harada yaşayır?
“Rusiya bu cür təkliflərlə ajiotaj yaradıb, yeni SSRİ qurmaq niyyətindədir” - EKSPERT
11:52
“Rusiya bu cür təkliflərlə ajiotaj yaradıb, yeni SSRİ qurmaq niyyətindədir” - EKSPERT
Azərbaycanda 5 bank bağlanır - Ekspert
11:51
Azərbaycanda 5 bank bağlanır - Ekspert
Bakcell-dən yeni və maraqlı təklif: Digiturk ilə əməkdaşlıq çərçivəsində bütün Bakcell abunəçiləri üçün LIG TV canlı yayımları
11:26
Bakcell-dən yeni və maraqlı təklif: Digiturk ilə əməkdaşlıq çərçivəsində bütün Bakcell abunəçiləri üçün LIG TV canlı yayımları
Azərbaycanda maliyyə ombudsmanı institutunun yaradılması hansı effekti verə bilər? - AÇIQLAMA
11:26
Azərbaycanda maliyyə ombudsmanı institutunun yaradılması hansı effekti verə bilər? - AÇIQLAMA
Türk iş adamı: “Neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına pozitiv təsir göstərəcək” - MÜSAHİBƏ
10:40
Türk iş adamı: “Neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına pozitiv təsir göstərəcək” - MÜSAHİBƏ
Kənan Yavuz: Bu Türkiyədə ən böyük üçüncü liman olacaq - FOTOLAR
09:23
Kənan Yavuz: Bu Türkiyədə ən böyük üçüncü liman olacaq - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol