• $ 1.7
  • € 1.9607
  • ₽ 0.021452
  • ₺ 0.0385
  • £ 2.2718

İlham Əliyev Bakıda Heydər məscidinin açılışında iştirak etdi

İlham Əliyev Bakıda Heydər məscidinin açılışında iştirak etdi
28.05.2020 21:55
Dekabrın 26-da Bakıda Heydər məscidinin açılışı olub.

ANN.Az APA-ya istinadən xəbər verir ki, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Dövlət başçısının tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.

Mərasim "Qurani-Kərim”dən ayənin oxunması ilə başlayıb. Prezident İlham Əliyev mərasimdə çıxış edərək ölkənin həyatında əlamətdar və tarixi hadisə olan Heydər məscidinin açılışı münasibətilə təbriklərini çatdırıb.

Sonra Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Şafik Pşixaçev və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış ediblər.

Sonda ulu öndər Heydər Əliyev və xanımı Zərifə Əliyevanın, o cümlədən Vətən uğrunda şəhid olanların ruhuna fatihə verilib.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədidə məişət tullantıları yığılmış ərazi yanır
Cəmiyyət 19:10
Binəqədidə məişət tullantıları yığılmış ərazi yanır
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Cəmiyyət 18:47
Son 1 həftədə təbiətə 73 mindən çox ziyan vurulub
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 18:18
Bu marşrutun hərəkət sxemi dəyişdirilir
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
Cəmiyyət 17:57
“Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
"Gəncə Sukanal" ləğv olunur
Cəmiyyət 17:19
"Gəncə Sukanal" ləğv olunur
Azərbaycanda 2025-ci ildə orta hesabla hər gün 53 yanğın baş verib
Cəmiyyət 17:02
Azərbaycanda 2025-ci ildə orta hesabla hər gün 53 yanğın baş verib
Deputat: Salyanda şagirdlər 4 növbədə oxumağa məcburdur
Cəmiyyət 16:16
Deputat: Salyanda şagirdlər 4 növbədə oxumağa məcburdur
Qubada kvadrisikl qəzaya uğrayıb, ölən var
Cəmiyyət 15:43
Qubada kvadrisikl qəzaya uğrayıb, ölən var
Deputat: Ağsuda zəlzələdən zərər görən 477 ev hələ də təmir olunmayıb
Cəmiyyət 15:42
Deputat: Ağsuda zəlzələdən zərər görən 477 ev hələ də təmir olunmayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol