• $ 1.7
  • € 1.9894
  • ₽ 0.021364
  • ₺ 0.0417
  • £ 2.3077

İŞİD-ın məqsədi: İstanbul və Romanı "fəth etmək"

İŞİD-ın məqsədi: İstanbul və Romanı
28.05.2020 22:14
İŞİD terror təşkilatı İstanbul və Romanı "fəth etmək" istəyir.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, İŞİD-ın təbliğatını aparan jurnalda terrorçuların son məqsdələri açıqlanıb.

Qanlı əməlləri ilə gündəmdən düşməyən İŞİD Suriya, İraq, Fələstin, İordaniya torpaqlarının daxil olduğu və Şəriətə əsaslanan dövlət qurmağı hədəfləyir. Jurnalda İstanbul haqqında bəzi məqamlar yer alıb.

2010-cu ildə Amerika hücumları nəticəsində həyatını itirən təşkilatın qanadlarından birinin məsul şəxsi olan Əbu Hamzə El-Muhacirin sözləri ön plana çıxarılıb: "Kölələşdirmə, atəşkəsin imzalanmasından öncə ya da xəyanətdən sonra olacaq. Ən doğrusunu Allah bilir. Bu hadisələr ən böyük və qanlı savaş olan əl Melhametul Kübraya zəmin yaradacaq. Bu savaş müsəlmanlar və romalılar arasında Dəccalın ortaya çıxması və Məsihin enişinən sonra olacaq. Savaşın sonunda müsəlmanlar İstanbula, sonra isə Romaya irəliləyəcəklər. Bu iki şəhər fəth ediləcək və buralarda xilafətin bayrağı yüksələcək".

Terrorçu təşkilat Qərb ölkələrinə təhdidlər etməyi də unutmayıb. Belə ki, "Romanı tutacağıq, xaçınızı qıracaq, qadınlarınızı əsir alacağıq", - deyə hədə-qorxu gələn təşkilat hücumlarından əsla əl çəkməyəcəklərini qeyd edib və son olaraq vurğulayıb: "Və sizlərə söz veririk. Allahın icazəsi ilə bu son səfəriniz olacaq. Əgər biz o zamana kimi qalmasaquşaqlarımız və nəvələrimiz sizin oğullarınızı kölə olaraq satacaq".

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin və Tramp arasında görüş başlayıb - Canlı - Yenilənib
Dünya 23:33
Putin və Tramp arasında görüş başlayıb - Canlı - Yenilənib
Pakistanda leysan yağışları 200-dən çox insanın həyatına son qoyub
Dünya 22:10
Pakistanda leysan yağışları 200-dən çox insanın həyatına son qoyub
Tramp Putinlə danışıqlarının "çox yaxşı" keçəcəyinə əmindir
Dünya 21:27
Tramp Putinlə danışıqlarının "çox yaxşı" keçəcəyinə əmindir
Yeni Dehlidə türbənin günbəzi uçub, ölən və yaralananlar var
Dünya 20:30
Yeni Dehlidə türbənin günbəzi uçub, ölən və yaralananlar var
Britaniyada hava limanında iki təyyarə toqquşub
Dünya 20:27
Britaniyada hava limanında iki təyyarə toqquşub
Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib
Dünya 19:06
Şahin Şıxlinskinin apellyasiya şikayəti təmin edilməyib
Tramp ilə Lukaşenko arasında telefon danışığı olub
Dünya 19:00
Tramp ilə Lukaşenko arasında telefon danışığı olub
Pakistanda helikopter qəzaya uğrayıb, ölənlər var
Dünya 18:05
Pakistanda helikopter qəzaya uğrayıb, ölənlər var
“Hizbullah” Livan hökumətini təhdid edib
Dünya 13:34
“Hizbullah” Livan hökumətini təhdid edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol