• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Hadisə Yeni ildə Bakıya gələrkən belə gizləndi - FOTO

Hadisə Yeni ildə Bakıya gələrkən belə gizləndi - FOTO
29.05.2020 08:57
Yeni il axşamı daha bir türkiyəli pop-star Bakıda konsert verib.
 
 
Virtualaz.org xəbər verir ki, Eurovision mahnı yarışmasının qalibi olan Hadisəni dekabrın 31-də İstanbulun Atatürk hava limanında Bakıya uçarkən görüntüləyiblər. Özü də makiyajsız. Şou-biznes ulduzları üçün makiyajsız görünmək dəhşətli hadisə sayıldığından Hadisə bu görkəmdə paparatsilərdən yayınmaq üçün gizlənməli olub.

Türkiyə mediası xəbər verir ki, Hadisə Bakıya bacısı və mühafizəçiləri ilə birlikdə uçub. Hava limanında sənədləşdirmə işləri zamanı Hadisə aşağı əyilib və xeyli vaxt yol çantalarını qarışdıraraq nəsə axtarıb. Paparatsilər bu vəziyyətdə onun fotosunu çəkəndə müğənnini bacısı "fotonu çəkirlər” deyə xəbərdar edib. Makiyajsız olduğu üçün görüntülənmək istəməyən Hadisə mühafizəçisinin arxasında gizlənib. Müğənni onunla şəkil çəkdirmək istəyən pərəstişkarlarına da rədd cavabı verib. Hadisənin Bakıda hansı oteldə  konsert verdiyi hələ məlum deyil.

Xatırladaq ki, bundan əvvəl digər türkiyəli müğənni Demet Akalın Azərbaycanda Yeni İl axşamı 400 min TL qonorara konsert vermək təklifindən imtina etmişdi. Müğənni bunu 11 aylıq qızının uzaq yola çıxanda narahat olması ilə əsaslandırmışdı. Azərbaycan son illər türkiyəli müğənnilər üçün yaxşı qazanc məkanına çevrilib. Türkiyənin özündə konsertlərinə bilet sata bilməyən müğənnilər Azərbaycanda 2-3 saatlıq çıxış üçün yüz minlərlə dollar qonorar alırlar.

ANN.Az
 
 
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cavid Ramazanlı: Ədəbiyyat və siyasətçilər
11:12
Cavid Ramazanlı: Ədəbiyyat və siyasətçilər
Avropa Oyunları “Bakı-2015”-də ən xoşbəxt anlar – REPORTAJ
10:17
Avropa Oyunları “Bakı-2015”-də ən xoşbəxt anlar REPORTAJ
Səlhəb Məmmədov: “Təəssüf ki, heykəltaraşlıq artıq əvvəlki kimi coşğuyla qarşılanmır”
09:26
Səlhəb Məmmədov: “Təəssüf ki, heykəltaraşlıq artıq əvvəlki kimi coşğuyla qarşılanmır”
Hadisə Yeni ildə Bakıya gələrkən belə gizləndi - FOTO
08:57
Hadisə Yeni ildə Bakıya gələrkən belə gizləndi - FOTO
Azərbaycanlı Çarli Çaplin: “Bizim sevimli görüş yerimiz Azərbaycandır” - MÜSAHİBƏ
08:54
Azərbaycanlı Çarli Çaplin: “Bizim sevimli görüş yerimiz Azərbaycandır” - MÜSAHİBƏ
Azərbaycanın 100 il əvvəl çap olunan Charlie Hebdosu
08:33
Azərbaycanın 100 il əvvəl çap olunan Charlie Hebdosu
07:23
"Mühacir olmamağa qərarlıydım..." - MÜSAHİBƏ
Qızıl payız - FOTOREPORTAJ
06:53
Qızıl payız - FOTOREPORTAJ
“Katti Sark”: XIX əsrdən qalma məşhur gəmi muzeyi – REPORTAJ
06:45
“Katti Sark”: XIX əsrdən qalma məşhur gəmi muzeyi REPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol