• $
  • £

Ehtiyatda olan hərbiçilər orduya çağrıla bilər

Ehtiyatda olan hərbiçilər orduya çağrıla bilər
28.05.2020 21:43
"Ehtiyatda olan hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli idarə, şöbə və bölmələrinə çağırışı qanunvericiliyə uyğun olaraq yoxlama məqsədilə həyata keçirilir”.

Bu barədə Dövlət Xidmətinin mətbuat xidmətindən açıqlama verilib. Bildirilib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 45-ci maddəsinə əsasən, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

SHXÇDX-dən toplanışların müddətləri və vaxtı məsələsinə də aydınlıq gətirilib:

"Toplanışların müddətləri və vaxtı məsələsi qanuna uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyənləşdirilir. Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Hərbi vəzifəlilər toplanışa Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən göndərilir. Müvafiq Qanuna əsasən, səfərbərlik hazırlığının yoxlanılması məqsədi ilə hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 (on) günədək müddətə hərbi yoxlama toplanışlarına çağırıla bilərlər”.

SHXÇDX-dən həmçinin bildirilib ki, Xidmətə həvalə olunmuş vəzifələr sırasında aidiyyəti səfərbərlik planlarının yerinə yetirilməsi üçün təlim və məşqlərin keçirilməsi də yer alır. Xidmət tərəfindən qanunvericilikdən irəli gələn tələblər çərçivəsində mütəmadi olaraq bu kimi tədbirlər həyata keçirilir.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol