• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Məşhur akademikə həsr olunmuş “Fədakar” filmi - VİDEO

Məşhur akademikə həsr olunmuş “Fədakar” filmi - VİDEO
29.05.2020 06:39
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 85 illik yubileyinə həsr olunmuş "Fədakar” filmi geniş izləyici kütləsinə təqdim olunub.

"Report"un xəbərinə görə, ikihissəli bədii-sənədli film Xoşbəxt Yusifzadənin "Ömrün illəri və izləri” kitabındakı həyat oçerkləri əsasında çəkilib.

Ssenari müəllifi Eldar İskəndərzadə olan bu ekran əsəri ARDNŞ-nin sifarişi ilə "SOCAR-Media” İctimai Birliyi tərəfindən istehsal edilib.

Xəzər dənizində neft və qaz yataqlarının kəşfi və işlənməsində gərgin əmək sərf etmiş görkəmli neftçi-alim, akademik Xoşbəxt Yusifzadənin tərcümeyi-halı əslində Azərbaycanın neft epopeyası haqqında maraqlı hekayətdir. "Fədakar” filmində onun ömrünün maraqlı anları, həyat hekayələri xronoloji ardıcıllıqla təqdim edilir. Film əfsanəvi Neft Daşlarında, Bakı şəhərinin müxtəlif guşələrində, Azərbaycan Dövlət Neft Akademiyasında, Pirşağı və Buzovna qəsəbələrində lentə alınıb.
Filmdəki obrazları xalq artistləri Rasim Balayev, Səidə Quliyeva, İlham Əsgərov, əməkdar artistlər Azad Şükürov, Fərhad İsrafilov, Əlican Əzizov, Əliqulu Səmədov, Namis Şirməmmədov, Mirzə Ağazadə, Şamil Süleymanov, aktyorlar Hikmət Rəhimov, Günəş Mehdiyeva, Könül Şahbazova, Rauf Hüseynov və başqaları canlandırıblar.

Ekran əsərinin quruluşçu rejissoru Vasif Məmmədzadə, quruluşçu operatoru Rafiq Quliyev, məsləhətçisi Xalik Məmmədovdur.


ANN.Az
 
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məşhur akademikə həsr olunmuş “Fədakar” filmi - VİDEO
06:39
Məşhur akademikə həsr olunmuş “Fədakar” filmi - VİDEO
Bu film Monrealda 4 dəfə nümayiş olundu - VİDEO
02:49
Bu film Monrealda 4 dəfə nümayiş olundu - VİDEO
“Arşın Mal Alan” filmi Hollivudda - İLK DƏFƏ
16:08
“Arşın Mal Alan” filmi Hollivudda - İLK DƏFƏ
İki edamdan sağ çıxan Balayev – VİDEO
15:03
İki edamdan sağ çıxan Balayev – VİDEO
12:14
"Səhnə mənlik deyil daha" - Akif İslamzadə
57 il əvvəlin Flora Kərimovası -  VİDEO+FOTO
19:29
57 il əvvəlin Flora Kərimovası - VİDEO+FOTO
Ukraynalı deputat Azərbaycan mahnısını ifa edib - VİDEO
13:17
Ukraynalı deputat Azərbaycan mahnısını ifa edib - VİDEO
Elnur Hüseynovdan vacib mesaj - VİDEO
10:40
Elnur Hüseynovdan vacib mesaj - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol