• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

Bakıda qəbirstanlıqda yaşayan ailə - VİDEO

Bakıda qəbirstanlıqda yaşayan ailə - VİDEO
29.05.2020 06:38
Körpə uşaqlarla birgə dirilərlə dil tapmayan ailə ölülərin məkanına sığışıb. "Adam içində” verilişində diriykən qəbirstanlıqda yaşayan ailənin vaxtilə imkanlı olması üzə çıxıb.

Nərgiz xanım yaşadığı bu günə, bu vəziyyətinə dəfələrlə şükür edir. Biz də şükür edirik, hər halda onun indi yaşadığı yeri görüb bu xanımın sağ-salamat qalmasına tək biz yox, siz də şükür edəcəksiz. Məsələ ondadır ki, bu xanım əhatəsində olan uşaqları ilə birgə hamımızın son mənzil adlandırdığımız, amma taleyin hökmü ilə bu körpələrin öz evi kimi tanıdığı qəbirstanlıqda yaşayır. Təəccüblü ola bilər. İnsanların hürküb qaçdığı bu qəbir daşları arasında uşaqlar rahat dolaşıb, boya başa çatırlar.

Qadın deyir ki, vaxtilə qəbirstanlıq sakini olacağını heç ağlına belə gətirməyibmiş. Adi vətəndaş kimi öz mənzilində yaşıyırmış. Hətta şəxsi biznesi olub, yaxşı pul da qazanıb. Amma tale elə gətirib ki, həyat yoldaşı dünyasını dəyişən qadın öz işini itirərək çarəsiz vəziyyətdə burada məskunlaşmalı olub.

Əyyaşların, sərxoşların məskəni olan bu qəbirstanlıqda balaca komada Nərgiz xanım tək yaşamır. Onun əhatəsində 4 nəvəsi, kürəkəni, qızları da acınacaqlı həyat sürürlər. Qohumlarından, yaxınlarından heç bir şey ummayan Nərgiz xanım, ona kömək olunacağına ümüd edir. Xaçmaz rayonunda qeydiyyatda olan qadının istəyi isə yaşamaq üçün daimi bir evin olmasıdır.

"Adam içində” verilişinə çıxan qadına deyəsən, kömək əli uzadan tapılıb. Belə ki, Xaçmaz Rayon İcra Hakimiyyətindən qəbirstanlıq sakini olan qadına və ailəsinə kömək edilməsi barəsində söz verilib.

Hər halda, ümüd edirik ki, bu əlacsız, amma güclü xanım son mənzil sakini deyil, normal mənzilinin sakini olacaq.//ANS

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı metrosunda vəhşilik - VİDEO
Qaynari.nfo 06:49
Bakı metrosunda vəhşilik - VİDEO
Bakıda qəbirstanlıqda yaşayan ailə - VİDEO
Qaynari.nfo 06:38
Bakıda qəbirstanlıqda yaşayan ailə - VİDEO
Bakıda qəbirstanlıq su altında qaldı - VİDEO
Qaynari.nfo 06:37
Bakıda qəbirstanlıq su altında qaldı - VİDEO
Azərbaycanda heyvanlar üçün lüks mehmanxana – VİDEO
Qaynari.nfo 15:59
Azərbaycanda heyvanlar üçün lüks mehmanxana – VİDEO
Nazirlik Novruz bayramı ilə bağlı xəbərdarlıq etdi - VİDEO
Qaynari.nfo 16:01
Nazirlik Novruz bayramı ilə bağlı xəbərdarlıq etdi - VİDEO
Azərbaycanlı bağbanın qeyri-adi bacarığı - VİDEO
Qaynari.nfo 11:40
Azərbaycanlı bağbanın qeyri-adi bacarığı - VİDEO
Yediyimiz çörək belə daşınır - VİDEO
Qaynari.nfo 09:56
Yediyimiz çörək belə daşınır - VİDEO
Bakıda qadın 5-ci mərtəbədən belə yıxıldı – VİDEO
Qaynari.nfo 14:57
Bakıda qadın 5-ci mərtəbədən belə yıxıldı – VİDEO
Azərbaycanda qəbirstanlıqdakı lövhə görənləri şoka saldı - VİDEO
Qaynari.nfo 14:59
Azərbaycanda qəbirstanlıqdakı lövhə görənləri şoka saldı - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol