• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Bakı sakinlərinə şad xəbər - Video

Bakı sakinlərinə şad xəbər - Video
29.05.2020 06:38
2015-ci ildə mənzil bazarında qiymətlərin aşağı düşməsi qaçılmaz olacaq.

ANN.Az ANS TV-yə  istinadən xəbər verir ki, aparılan araşdırmalar göstərir ki, ötən ilin son 4 ayında daşınmaz əmlak bazarında başlanan qiymət azalması bu il də davam edəcək. Mənzil bazarındakı ucuzlaşma bir sıra amillərlə izah olunur. Bu ilk növbədə bazara daxil olan pul kütləsinin və əhalinin gəlirlərinin azalması ilə bağlıdır. Digər tərəfdən dünya bazarında neftin qiymətinin sürətlə aşağı düşməsi və rublun məzənnəsində kəskin enməsi də bazara təsir göstərib.

Nəticədə gəlirlərinin azalacağını gözləyən insanlar öz vəsaitlərini qoruyub saxlamağa məcbur olublar. Proqnozlara əsasən il ərzində daşınmaz əmlakın qiymətində ümumilikdə 6-8% ucuzlaşma olacaq. Alıcı azlığı satıcıları endirmə getməyə vadar edəcək.

Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyir ki, diskont əvvəlki illərdə 5-6% verilirdisə, bu gün 10-15% verilr. Onun sözlərinə görə yəni bazara 100 minlik təklif etdiyin mənzili gərək 85-88-ə satasan ki, onu alalar.

Qiymətlərin düşməsinin 2016-cı ildə də davam edəcəyi gözlənilir. Hazırki qiymətlərə gəlincə paytaxtın mərkəzində mənzillərin 1 kv metri 2900 dollara satılır. 2-ci zonada qiymətlər 1800-2000 manat, paytaxtın ətraf ərazilərində isə 1500-1800 manat arasında dəyişir.
 
 
 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şad xəbər: tikinti materialları sürətlə ucuzlaşır - VİDEO
06:45
Şad xəbər: tikinti materialları sürətlə ucuzlaşır - VİDEO
Bakı metrosunda yenilik - VİDEO
Qaynari.nfo 06:45
Bakı metrosunda yenilik - VİDEO
Metroda bərpa olunan köşklərdə nələr satılacaq? - Video
06:44
Metroda bərpa olunan köşklərdə nələr satılacaq? - Video
Azərbaycanın istehsal etdiyi hərbi maşın - VİDEO
Qaynari.nfo 06:44
Azərbaycanın istehsal etdiyi hərbi maşın - VİDEO
Bakı sakinlərinə şad xəbər - Video
06:38
Bakı sakinlərinə şad xəbər - Video
Avtobusların iş vaxtı artırla bilər - Video
06:37
Avtobusların iş vaxtı artırla bilər - Video
Yeni avtobuslar sabahdan istismara buraxılacaq - Video
06:35
Yeni avtobuslar sabahdan istismara buraxılacaq - Video
Kənan Yavuz:
04:42
Kənan Yavuz: "Xaricdəki sərmayələr SOCAR-ı qlobal şirkətə çevirəcək" - VİDEO+FOTOLAR
Bakı metrosunda təşviş
23:22
Bakı metrosunda təşviş
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol