• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Xalq artisti teatrdan uzaqlaşdırıldı

Xalq artisti teatrdan uzaqlaşdırıldı
29.05.2020 09:23
Ömrünün 45 ilini sənətə həsr edən, səhnəmizin "Moşusu”, xalq artisti Valeh Kərimov Sumqayıt Dram Teatrından uzaqlaşdırılıb.

Aktyor "168 saat”a bildirib ki, onun bu şəkildə teatrdan uzaqlaşdırlması ağlından belə keçməzdi: "Bu gün Sumqayıt teatrında yeganə xalq artisti mən qalmışdım. Məni də çıxardıb atdılar. O gündən özümə gələ bilmirəm. Yaşıma görə çıxarılacağımı düşünürdüm. Ancaq buna baxmayaraq, müqavilə əsasında işləyəcəyimi zənn edirdim. Onu da etmədilər. İnanmırdım ki, mənimlə belə qurtara, sağollaşa bilərdilər. Bu, mənə çox ağır gəldi. Açığı bu xəbər mənə daha pis təsir etdi. Yəqin ki, bu gedişlə teatrdakı şəklimi də çıxardıb atarlar”.

V.Kərimov teatrdan vaxtsız çıxarılan aktyorlar üçün maraqlı bir təklif səsləndirib: "Təklif edirəm ki, bir ölülər bölümü yaratsınlar. Heç olmasa, ora adımızı salsınlar”.

ANN.Az Aznews.az-a istinadən xəbər verir ki, Sumqayıt Dram Teatrının direktor müavini Vidadi Məmmədov açıqlamasında Valeh Kərimovun teatrdan çıxarılmasını belə izah edib: "70 yaşına kimi Valeh müəllimi ştatda saxlaya bildik. Qanun var. Qanun yol vermir ki, 70 yaşdan sonra aktyoru teatrda əmək kitabçası ilə saxlaya bilək, amma Valeh Kərimovu biz teatrdan çıxarmamışıq. Müqavilə yolu ilə onu rollara dəvət edəcəyik. Tamaşalarını gəlib oynayacaq. Biz bilmirik ki, o, nə yazıb. Biz onu bu yaşdan sonra teatrda saxlaya bilməzdik”.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
11:30
Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edilib
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
10:50
Musiqili Teatr Mərdəkan Mədəniyyət Evində çıxış edib - Fotolar
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
10:48
“Şah İsmayılın özünü İmam Rzaya bağlaması...”
Yaşar Nurinin doğum günüdür
10:36
Yaşar Nurinin doğum günüdür
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
10:19
De Sad və Məsih arasında: Pyer Qiyotanın yaradıcılığı haqqında
Tanınmış aparıcıdan məhkəməyə şikayət:
10:03
Tanınmış aparıcıdan məhkəməyə şikayət: "Ərim məni döyür" - FOTO
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
09:29
Sabit Rəhmanın Seyid Hüseyn haqda xatirələri
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
09:26
Son Nobel Mükafatçısından YENİ TƏRCÜMƏ
Xalq artisti teatrdan uzaqlaşdırıldı
09:23
Xalq artisti teatrdan uzaqlaşdırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol