Azər Məmmədzadə: "Bizimkilər çirkab atmağı sevirlər" - MÜSAHİBƏ
Oxu.Az-ın "Bakılı oğlanlar” ŞHK-nin əfsanəvi üzvü Azər Məmmədzadə ilə müsahibəsi:
- "İndi ŞHK əvvəllər olduğu kimi deyil” ifadəsini tez-tez eşidirik. Siz bu fikirlə razısınız? Əgər belədirsə bunun səbəbi nədədir?
- Bu quruluşla razı deyiləm. Başqa cür deyim – ŞHK bu gün başqadır, həyatımızda hər şey kimi o da dəyişir. Müntəzəm olaraq bu mövzunu "Bakılı oğlanlar” ŞHK komandasının üzvləri ilə öz aramızda müzakirə edirik. Bəziləri deyir ki, bugünkü ŞHK-yə baxmırlar, digərləri isə böyük həvəslə baxmaqda davam etdiklərini söyləyirlər. Mən ikincilərin sırasına aidəm.
Deməyəcəm ki, mənə bütün komandaların oyunları xoş gəlir, amma ümumilikdə vəziyyət pis deyil. Bizim yüksək liqadan uzaqlaşdığımız zaman ərzində mənim bir çox komandalar xoşuma gəlib. Bu illər ərzində ŞHK-nin səviyyəsini saxlayan və zamanla ayaqlaşan A.V.Maslyakovun rolunu qeyd etmək istərdim. O, bütün nüansları hiss edən, doğru qərarları tapan və doğru gəncliyi tərbiyə edən yüksək səviyyəli peşəkardır.
Qısa bir müddət ərzində mənim ŞHK-yə marağım azaldı, elə bir hiss var idi ki, keyfiyyət düşüb. Amma sonra sevimli oyunuma baxmağa davam etdim, çünki ŞHK mənim üçün həmişə yaxşı olaraq qalacaq (gülür).
- Amma bu gün çoxları "beldən aşağı” zarafatlara üstünlük verirlər. Bu tendensiyanı müasir satiriklərin erudisiya səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirmək olarmı?
- Bu, daimi müzakirələrin mövzusudur. "Xoşuna gəlməyən baxmasın” ifadəsi mövcuddur (gülür). Amma ciddi danışsaq, bu gün müxtəlif yumoristlərə rast gəlmək olar. "Beldən aşağı” zarafatlardan istifadə edənlər öz auditoriyasını tapıb və demək lazımdır ki, onların auditoriyası intellektual zarafatlarla çıxış etməyə üstünlük verənlərin auditoriyasından genişdir. Tələbat müvafiq təklifi doğurur. Amma mən bu tendensiyanı yumoristlərin yox, daha çox tamaşaçının erudisiyası ilə əlaqələndirirəm.
Biz konsertlərimizdə (1995-ci ildən başlayaraq) özümüz üçün tamaşaçının müxtəlif xarakterli zarafatlara necə reaksiya verdiyini qeyd edirik. İntellektual zarafatlar hər zaman ağır gedib. Ən çox sadə yumor işləyir. Qeyd etmək istərdim ki, bu tendensiya yalnız Azərbaycanda deyil, bütün dünyada nəzərə çarpır. Məsələn, yüksək reytinq qazanan Amerika məzhəkəçiləri daha çox səthi yumordan ibarətdirlər.
Bu yaxınlarda məşhur yumorist, keçmiş KVN-çi Qarik Xarlamovun yumora münasibəti barədə oxudum – "Yumoru ağ, qara, "beldən aşağı” və ya səviyyəsiz kimi bölənləri anlamıram. Yumor birdir. Gülməli və ya gülməli olmayan. Mənim fikrimcə, yumorun yeganə meyarı budur. Əgər sizi güldürdülərsə bu, yumordur. Vacib deyil bu Nitsşe haqqında lətifədir və ya "beşinci nöqtə” haqqındadır. Amma "Mən yalnız Hamlet haqqında zarafatlara gülürəm” demək səviyyəsizlikdir.
- Son zamanlar elə təəssürat yaranır ki, şəhərdə kredit götürməyən adam yoxdur. İnsanlar kreditə götürdükləri pulu ödəyə bilməyəcəklərsə niyə özlərini dalana sıxışdırırlar?
- Bu suala mənim cavabım çox qısadır. Mən həyatında kredit götürməyən insanam (gülür).
- Bir çoxları gizlətsələr də boşanan qadına yaxşı baxmırlar. Necə düşünürsüz, bunun səbəbi nədədir?
- Buna yalnız cahillər pis baxa bilər. Qoy ilk öncə öz qohum-əqrəbasına nəzər salsın. Seyid, peyğəmbər ailəsidirlər? Burda - öz gözündə tiri görmür, başqasında çöp axtarır məsəli yerinə düşür. Razılaşın ki, həyatda çox şey olur. Cəmiyyətdə ideal ailə yoxdur. Bizimkilər özlərinə kənardan baxmadan öncə, xüsusilə də başqalarına tənqidlə yanaşmağı və çirkab atmağı sevirlər...
Buna "müsəlmançılıq” bayrağı ilə yanaşanlara isə demək istəyirəm ki, islamda boşanma mövcuddur və burada heç bir "biabırçılıq” yoxdur.
- Məhəmməd peyğəmbərin karikaturaları ilə əlaqədar sosial şəbəkələrdə "Qaradərilini təhqir etmək irqçilikdir! Yəhudini təhqir etmək antisemitizmdir! 1,5 milyard müsəlmanı təhqir etmək söz azadlığıdır!” ifadəsi yayılıb. Bununla əlaqədar fikrinizi eşitmək istərdim.
- Bu məsələ mənim müxtəlif millətlərdən və dinlərdən olan dostlarımın arasında müzakirə edilir. Müxtəlif cəmiyyətlərdə yaşayanların bu barədə müxtəlif fikirləri yaranır, ümumi fikrə gəlmək çətindir.
Problem ondadır ki, pis adamlar onları belə adlandıraraq, dini mövzuları öz məqsədlərinə çatmaq üçün istifadə edirlər, müxtəlif din nümayəndələrini üzbəüz qoyurlar. Bütün bunların hamısı siyasi oyunlardır, zərbə isə insanın malik olduğu ən müqəddəsə - dininə dəyir. Bu, hər zaman belə olub, hətta bütpərəstlik dövründə belə.
Bu karikaturalara gəldikdə isə mən Allaha inanmayan, amma belə hərəkətlərin iyrənc olduğunu düşünən ateistlərin şərhlərini oxumuşam. Müqəddəs hesab edilənləri ələ salmaq olmaz! Mən də analoji fikirdəyəm və bu qəbildən olan davranışa ziddəm! Bu, karikatura deyil, bunu yalnız əclaf çəkə bilərdi! Bəziləri bunu yumor-satira adlandırır. İnsanlar, ayılın!
Düzünü desəm, sualda qoyulan məsələnin dərinliyinə getmək istəmirəm... Sadəcə mütləq qeyd etmək istəyirəm ki, yuxarıda deyilənlərə baxmayaraq qətlə heç bir formada, heç bir səbəbdən bəraət qazandırmıram.
- Necə düşünürsüz, nəyə görə bu gün insanlar şəxsi həyatlarını hamının gözü qarşısına çıxarırlar?
- Belə üsula əl atan insanlar bütün mümkün olan və mümkün olmayan yollarla öz üzərinə diqqət çəkməyə çalışanlardır.
Bəlkə də bu kobud səslənir, amma mən belə şeyləri ucuz populyarlıq adlandırıram. Məsələn, "ulduzlarımız” ekranlarda nadir hallarda göründükdə, KİV fəallaşır və qara piarla məşğul olurlar: kim kiminlə dalaşdı, kim kimin saçını yoldu, kim plastik əməliyyat etdirdi, nəyini böyüdüb nəyini kiçiltdi və s. Tok-şouların əksəriyyətinə gəldikdə isə mən onlara baxmıram. Qeyd etmək lazımdır ki, belə ucuz populyarlıq üsuluna əl ataraq məşhurlaşan, varlanan və irəliləyənlər də az deyil. Bir sözlə, təkəbbür...
- Sonda gələcəkdəki yaradıcılıq planlarınız barədə...
- Ötən ilin oktyabr ayından "Space TV”-də müxtəlif yumoristlərin iştirak etdiyi "Gülüş yığması” verilişi gedir. Bu, yığma tərkibdir və verilişin adı da müvafiqdir. Bundan başqa, bu il aprel ayının 25-26-da bizim hər il olduğu kimi "Planeta Parni iz Baku” KVN teatrının konsertləri olacaq, bütün sevimli tamaşaçılarımızı gözləyirik.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər