• $
  • £

İpoteka ilə bağlı ŞAD XƏBƏR

İpoteka ilə bağlı ŞAD XƏBƏR
23.01.2015 10:20
"Uçot dərəcəsinin artırılması dolların məzənnəsinə təsir göstərəcək”.

ANN.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O, dolların məzənnəsində azalmaların müşahidə olunacağını vurğulayıb: "ABŞ Federal Rezerv Bankı dolların məzənnəsinin yüksəlməsi və uçot dərəcəsinin artırılması ilə bağlı qərarı  2014-cü ilin sonunda qəbul etməliydi. Ancaq bu qərar gec qəbul olundu. Təbii ki, bu da dolların məzənnəsinin möhkəmlənməsinə və ABŞ-ın ixrac imkanlarının məhdudlaşmasına səbəb olmaqla yanaşı, ölkə daxilində inflyasiyaya təsir göstərdi. Qərarda əsas məqsəd ABŞ və dünyada kredit faizlərinin artırılmasına müəyyən qədər nail olmaq və dolların məzənnəsindəki möhkəmlənmələrin qarşısını almaqdan ibarətdir. Onu da nəzərə alaq ki, bu möhkəmlənmə praktik olaraq davam edir. Bu, birmənalı şəkildə dünyada kredit faizlərinin bahalaşmasına təsir göstərəcək. Ancaq bu qərarın Azərbaycanda ipoteka kreditlərinin azalmasına səbəb olacağı güman edilmir. Çünki ölkədə ipoteka kreditlərinin maliyyələşdirilməsi dövlət büdcəsi və ipoteka fondunun yerləşdirildiyi ipoteka istiqrazları satışından əldə olunan vəsaitlər hesabına həyata keçirilir. Təbii ki, hər iki vəsait nə ABŞ-ın uçot dərəcəsinə, nə də beynəlxalq kredit faizlərinə yaxındır. Bu baxımdan ABŞ-da uçot dərəcəsinin artırılması qərarı Azərbaycana təsir göstərməyəcək”.

V. Bayramovun sözlərinə görə, uçot dərəcələrinin artırılmasından sonra heç bir halda ipoteka kreditləri düşməyəcək:

"Ümumiyyətlə, 2015-ci ildə sosial ipoteka kreditləşməsinə 50 milyon, adi ipotekaya 90 milyon, daxili ipotekaya 80 milyon manat ipoteka kreditinin verilməsi proqnozlaşdırılır. Bu, o deməkdir ki, bütövlükdə 2015-ci ildə ipoteka kreditləşməsinə təxminən 250 milyon manata yaxın vəsait ayrılacaq. Məhz bu baxımdan bu il Azərbaycanda təklif edilən ipoteka kreditlərinin azalması deyil, əksinə ipoteka kreditləşməsinin məbləğ olaraq artırılması daha realdır. ABŞ-da FRB-nin uçot dərəcəsinin dəyişməsinə və dünyada kredit resurslarının bahalaşmasına baxmayaraq, Azərbaycanda 2015-ci ildə birmənalı şəkildə ipoteka kreditləşməsinə ayrılan vəsaitlərin həcminin artacağı proqnozlaşdırılır”.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dollarla krediti olanların nəzərinə
Qaynari.nfo 09:18
Dollarla krediti olanların nəzərinə
Bakı dünyanın ən görməli yerlərinin siyahısında
Qaynari.nfo 07:23
Bakı dünyanın ən görməli yerlərinin siyahısında
Mənzil problemi olan gənclərə ŞAD XƏBƏR
Qaynari.nfo 07:05
Mənzil problemi olan gənclərə ŞAD XƏBƏR
Beynəlxalq Banka yeni sədr təyin olundu
Qaynari.nfo 07:01
Beynəlxalq Banka yeni sədr təyin olundu
Bakı metrosunda yenilik - VİDEO
Qaynari.nfo 06:45
Bakı metrosunda yenilik - VİDEO
05:15
"Beynəlxalq Bank"ın prezidenti istefa verdi
“Bakıda daşınmaz əmlak 8-10 faiz ucuzlaşıb” - QİYMƏTLƏR
Qaynari.nfo 04:38
“Bakıda daşınmaz əmlak 8-10 faiz ucuzlaşıb” - QİYMƏTLƏR
Azərbaycanda 6 milyonluq israfçılıq
Qaynari.nfo 00:58
Azərbaycanda 6 milyonluq israfçılıq
Taner Yıldız: Türkiyə TANAP-dakı payını sata bilər
Qaynari.nfo 23:24
Taner Yıldız: Türkiyə TANAP-dakı payını sata bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol